Accessibility links

Bağdadda daha iki bomba hücumu olub


Bu gün Bağdadın insanların çox olduğu alış-veriş mərkəzlərində iki avtomobilə yerləşdirilmiş bomba partlayışları azı 12 nəfərin ölümünə səbəb olub. Azı 29 nəfərin də yaralanması ilə nəticələnən hücumlardan biri Meştal, digəri isə Əmiriyə məhəllələrində həyata keçirilib.

Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin İslam Dövləti yaraqlıları son bir neçə həftə ərzində bazar günü Bağdad yaxınlığındakı yoxlanış məntəqəsinə edilən hücum da daxil edilməklə, silsilə bomba hücumları həyata keçirdiyini bildirib.

Bomba hücumları əsasən Bağdadın şiə məhəllələri olmaqla, demək olar ki hər gün həyata keçirilir.

XS
SM
MD
LG