Accessibility links

İraq rəsmiləri Bağdaddan şimal-şərqdə yerləşən Sədr şəhərciyində bazarda iki bombanın partlaması nəticəsində 24 nəfərin öldüyünü bildirib.

Partlayışlar İraq paytaxtının tarixən şiələrin yaşadığı məhəlləsində yerləşən izdihamlı mobil telefon bazarında baş verib.

Son 10 il ərzində Sədr şəhərciyi təriqət zəminində zorakılıqlara səhnə olub. Bomba hücumlarında yüzlərlə insan həyatını itirib.

Keçən il avqust ayında yük maşınına yerləşdirilmiş bombanın partlaması nəticəsində 80 adam həyatını itirmişdi. Hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti qrupu götürmüşdü.

Sədr şəhərciyində partlayış İŞİD esktremistlərinin İraq paytaxtından qərbdə Əbu Qreybdə gözlənilməz hücumundan sonra baş verib.

Polis işçiləri Əbu Qreybdə avtomobilləri yoxlayır

Polis işçiləri Əbu Qreybdə avtomobilləri yoxlayır

İntiharçı bomba hücumçuları və silahlı şəxslər yük maşınlarında şəhərə daxil olaraq, İŞİD-in son aylar ən böyük hücumunu həyata keçirib.

Sakinlərin sözlərinə görə, Bağdadın səfirlikər və beynəlxalq təşkilatlarının yerləşdiyi Beynəlxalq Yaşıl zonasında müvəqqəti təhlükəsizlik tədbirləri gücləndirilib.

Yaşıl zonada və Bağdadın beynəlxalq hava limanında İraq hərbi qüvvələri yerləşdirilib.

Lakin İraq rəsmiləri günün ikinci yarısında Əbu Qreybdə döyüşlərin başa çatdığını bildirib. Bağdad sakinləri isə şəhərdə vəziyyətin normal olduğunu deyib.

Bağdadın 25 kilometrliyindəki Əbu Qreyb İraq paytaxtı və İŞİD-in nəzarətində olan Fəllucə şəhəri arasında yerləşir.

İraq Daxili İşlər nazirliyinin sözçüsü Yusuf Abadi yerli mediaya Əbu Qreybdə hücum zamanı İraq hərbi qüvvələrinin təxminən 30 əsgərinin həlak olduğunu bildirib. O, yaraqlıların qətlə yetirildiyini və vəziyyətə nəzarət edildiyini deyib.

2003-cü ildə İraqa müdaxilədən sonra ABŞ əsgərlərinin Əbu Qreyb həbsxanasında İraq məhbuslarını təhqir etdiyini göstərən fotolarIının açıqlamasından sonra Əbu Qreyb pis ad qazanmışdı.

XS
SM
MD
LG