Accessibility links

İŞİD ekstremistləri bazar günü Bağdadda dövlətə məxsus neft şirkətinin ofisində intiharçı bomba hücumuna görə məsuliyyəti öz üzərinə götürüb. Hücum zamanı 11 nəfər həyatını itirib, 21 nəfər yaralanıb.

İntiharçı maşını səhər saat 6 radələrində neft emalı obyektinin darvazası qarşısında partladıb. Partlayışın ardınca partlayıcılarla dolu gödəkçə geymiş azı altı terrorçunu daşıyan maşın obyekt ərazisinə daxil olub.

Bir saat davam edən atışmadan sonra təhlükəsizlik qüvvələri onları zərərsizləşdirə bilib. Lakin Bağdad Əməliyyatlar Komandanlığının bildirdiyinə görə, ekstremistlər zərərizləşdirilənə qədər obyektdəki neft konteynerlərinin azı üçünə od vurub.

İŞİD-lə əlaqəsi olan Aamaq xəbər xidməti hücuma görə məsuliyyəti "xilafət əsgərləri"nin daşıdığı haqda məlumat verib.

XS
SM
MD
LG