Accessibility links

Bağdadın şərqində əsasən şiələrin məskunlaşdığı ərazidə avtomobilə yerləşdirilmiş bombanın partlaması nəticəsində azı 11 nəfər həlak olub, 38-i yaralanıb.

İntiharçı avtomobilini dayanacaqda partladıb. Polisin bildirdiyinə görə, paytaxtda son dörd gündə buna bənzər oxşar hadisələr baş verib.

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb. Lakin İslam Dövləti qrupu adətən şiələrin məskunlaşdığı vilayətləri hədəf alır. Qrup Bağdadda son günlər baş verən iki hücumla bağlı məsuliyyəti öz üzərinə götürüb.

İslam Dövləti qrupu Bağdadda hücumların sayını artırıb. Hökumət qüvvələri ABŞ hava hücumlarının dəstəyilə İŞİD-i qrupun 2014-cü ildən bəri İraqın qərb və şimalında tutduğu bir neçə ərazilərdən çıxartmağa müvəffəq olub.

XS
SM
MD
LG