Accessibility links

İraq rəsmiləri bildirib ki, paytaxt Bağdadda şiələrin dəfn mərasimində intiharçı hücumu azı 12 nəfərin ölümünə, 32 nəfərin isə yaralanmasına səbəb olub.

Hücum İraq hökumətinnin dəstəklədiyi, əsasən şiə yaraqlılardan ibarət qrupa məxsus bir döyüşçünün dəfn mərasimində baş verib.

Hadisənin məsuliyyətini üzərinə götürən olmasa da, partlayışı İŞİD ekstremist qrupunun törətdiyi ehtimal edilir.

Sünni qrup İraqın şimal və qərbində geniş əraziyə nəzarət edir və müntəzəm olaraq Bağdad şiələrinə qarşı hücumlar həyata keçirir.

XS
SM
MD
LG