Accessibility links

Bağdadda dəhşətli hücum: 124 insan öldü [Yenilənib]


Bu gün səhər İraq paytaxtı Bağdadın ən çox insan olan alış-veriş ərazilərindən birində intiharçı hücumu nəticəsində 124 nəfər həlak olub, 186 nəfər isə yaralanıb.

Karrada rayonunda baş verən hücumun məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması şiələri hədəf aldığını bildirib. Cihadçı qrup şiələri kafir hesab edir.

Partlayış şəhərdə gün batandan sonra insanlar gün boyu tutduğu orucun ardıncı küçələrə çıxan zaman bar verib. Ramazan ayı sona yaxınlaşdıqca müsəlmanları çoxu bayramı qeyd etmək üçün alış-veriş etməyə gedir.

İraq baş naziri Heydər Əl-Abadi hücumdan bir neçə saat sonra hadisə yerinə baş çəkib.

Hücum İraq qüvvələrinin paytaxtdan 50 kilometr qərbdəki Fəlluca şəhərini İŞİD-dən geri almasından 1 həftə sonraya təsadüf edir.

İkinci güclü hücum isə Bağdadın şərqində baş verib. Nəticədə 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Hələlik hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG