Accessibility links

İslam Dövlətinin lideri Əbu Bəkr Əl-Bağdadinin olduğu ev hədəf alınıb


İraqın hava qüvvələri tərəfindən İslam Dövlətinin lideri Əbu Bəkr Əl-Bağdadinin komandirlərlə görüş keçirdiyi ev hədəf alınıb.

İraq ordusunun bəyanatında deyilir ki, F-16 döyüş təyyarəsi həmin evi şənbə günü hədəf alıb. Lakin evin vurulduğu barədə məlumat verilmir. Bəyanatda öldürülən 13 komandirin adı açıqlanıb. Lakin onlar arasında Bağdadinin adı yoxdur.

İŞİD-in digər 3 mövqeyinə qarşı hücumlar zamanı 64 yaraqlı öldürülüb.

Bağdadi ötən həftə Suriyanın Rəqqa şəhərindən Mosul hadisələri ilə bağlı müzakirələr keçirmək məqsədi ilə İraqın Əl-Qaim bölgəsinə keçib.

Əsl adı İbrahim Əl-Sammari olan Bağdadinin əvvəl bir neçə dəfə yaralandığı barədə xəbərlər yayılmışdı.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG