Accessibility links

İslam Dövləti liderinin həyat yoldaşı və qızı həbs edilib


Əbu Bəkr Əl-Bağdadi

Əbu Bəkr Əl-Bağdadi

Livanın təhlükəsizlik orqanlarının rəsmilərinin bildirdiyinə görə, İslam Dövləti qrupunun lideri Əbu Bəkr Əl-Bağdadinin həyat yoldaşı və qızı Livan hərbi qüvvələri tərəfindən həbs edilib.

Livan rəsmiləri 10 gün bundan əvvəl Suriya sərhədində ələ keçirilən Saja Əl-Dolamı adlı qadının və onun qızının bu gün Livan Müdafiə Nazirliyi tərəfindən sorğu-sual edilməyə başladıqlarını bildirib.

Livanın Əs-Səfir qəzetində dərc edilən məqalədə deyilir ki, həbs edilən iki nəfər xarici kəşfiyyat agentlikləri ilə əməkdaşlıqda ittiham edilib.

Bağdadi 2010-cu ildə İslam Dövləti qrupunu yaradıb və bu ilin əvvəli yaraqlıların Suriyanın şərqi və İraqın şimal bölgələrinin böyük hissəsini ələ keçirdiyi ərazilərdə xilafət elan edib. Birləşmiş Ştatlar Bağdadini qlobal terrorçu elan edərək, onun ələ keçirilməsinə yardım edən şəxsə 10 milyon dollar vəd edib.

ABŞ Dövlət katibi Con Kerri İslam Dövləti qrupuna qarşı mübarizədə siyasi səyləri müzakirə etmək məqsədilə çərşənbə günü Brüsseldə xarici işlər nazirləri səviyyəsində görüşə başçılıq etməlidir.


XS
SM
MD
LG