Accessibility links

Bağdadda partlayış: 7 ölü, 19 yaralı


İraq rəsmilərinin bildirdiyinə görə, Bağdadda intharçı hücumu nəticəsində güclü partlayış baş verib. Nəticədə ən azı 7 nəfərin həlak olduğu, 19 nəfərin isə yaralandığı bildirilir.

Partlayış İraq paytaxtı Bağdad şəhərinin əsasən şiələrin yaşadığı İskan məhəlləsində törədilib. Hücumun məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Buna baxmayaraq, sunni terror qruplaşması olan İŞİD İraqın şiə əhalisini kafir hesab edir. Bu səbəbdən əhalinin sıx məskunlaşdığı Bağdad şəhərində şiələrə qarşı hücumları əsasən İŞİD yaraqlıları həyata keçirir.

Sunni terror qruplaşması olan İŞİD İraqın şiə əhalisini kafir hesab edir. Bu səbəbdən əhalinin sıx məskunlaşdığı Bağdad şəhərində şiələrə qarşı hücumları əsasən İŞİD yaraqlıları həyata keçirir.

Xatırladaq ki, qruplaşma iki il əvvəl İraqda geniş ərazi ələ keçirmişdi. Bundan sonra koalisiya qüvvələrinin hava hücumlarının müşayiəti ilə İraq qüvvələri İŞİD qarşı əməliyyatlar aparmaqdadır. Bu hücumlar nəticəsində İŞİD-dən bir çox ərazini geri almaq mümkün olsa da, hələ də qruplaşma İraq və Suriyada geniş ərazini nəzarətdə saxlayır.

İtirməkdə olduğu ərazilərin nəzarətini əldə saxlamağa çalışan İslam Dövləti Xəlifət elan etdiyi paytaxtı İraq qüvvələrinə təslim etməkdənsə, şəhəri odlu cəhənnəmə çevirib.

ABŞ-ın ordu rəsmiləri İŞİD-in Mosulu mürəkkəb bir müdafiə şəbəkəsinə çevirdiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG