Accessibility links

Misirin Ənsar Beyt Əl-Məqdis yaraqlı qrupu bu gün İŞİD lideri Əbu Bəkr Əl-Bağdadiyə sədaqətini bildirib. Misirin jihadçı qrupu özünün Twitter səhifəsində Bağdadini xəlifə adlandıraraq, bütün müsəlmanları onu dəstəkləməyə çağırıb.

İraqın yüksək səviyyəli rəsmiləri bazar günü Bağdadinin hava hücumları zamanı yaralandığını desələr də, Birləşmiş Ştatların Müdafiə nazirliyi belə bir məlumatın olmadığını bilıdirib.

İraqın müdafiə naziri Xalid Əl-Ubeydi özünün Facebook səhifəsində Bağdadinin cümə axşamı Birləşmiş Ştatların Mosulda hava hücumları zamanı yaralandığını yazıb.

İraqın Daxili İşlər nazirliyi də Associated Press agentliyinə bu məlumatın doğru olduğunu bildirib. Digər məlumatlarda isə hava hücumları zamanı Bağdadinin yaxın silahdaşlarından birinin də öldürüldüyü deyilib.

Britaniyanın müdafiə xidmətinin rəhbəri Nik Nyuqton bildirib ki, İraqda cihadçıların liderləri hətta öldürülsə belə, bunun yaraqlıların strateji məğlubiyyətinə səbəb olduğuna dair nəticə çıxarmağa tələsməzdi.

XS
SM
MD
LG