Accessibility links

Bəhreyndə demokratiya tərəfdarlarının nümayişi olub

  • Amerikanın səsi

Bəhreyndə demokratiya tərəfdarlarının nümayişi olub

Bəhreyndə demokratiya tərəfdarlarının nümayişi olub

Bəhreyndə yüzlərlə demokratiya tərəfdarı polisin qadağasına baxmayaraq, şiələrin başçılıq etdiyi müxalifətə qorşularaq nümayiş keçirib.

Paytaxt Manama yaxınlığında keçirilən nümayiş əksəriyyətə olan şiələrin hərəkatının lideri olan Əl-Vəfaq tərəfindən təşkil edilmişdir. İğtişaş polisi Manamaya gedən əsas şosse yolunu bağlayaraq, nümayişçiləri başqa yerdə toplaşmağa vadar etmişdir. Etiraz nümayişi dinc keçib.

Təxminən bir il əvvəl Bəhreyndə iğtişaşlar başlayandan təxminən 40 nəfər həlak olub. Etiraz nümayişlərinin məqsədi Bəhreyndə azlıqda olan sünnilərin hakimiyyətinə son qoymaqdır. Bəhreynin təhlükəsizlik qüvvələri 2011-ci ildə dəfələrlə nümayişçilərlə qarşı-qarşı gəlib.

Təhlilçilər etiraz nümayişlərinin Tunisdə və Misirdə xalq hərəkatından qaynaqlandığını bildirir.

XS
SM
MD
LG