Accessibility links

Bəhreyndə minlərlə insan baş nazirin ofisi qarşısında nümayiş keçirib

  • Amerikanın səsi

Bəhreyndə minlərlə insan baş nazirin ofisi qarşısında nümayiş keçirib

Bəhreyndə minlərlə insan baş nazirin ofisi qarşısında nümayiş keçirib

Bəhreyndə hökumət əleyhdarı minlərlə nümayişçi baş nazirin ofisi qarşısında mitinq keçirib. Nümayişçilər ölkədə siyasi islahatlara nail olmaq məqsədilə bir həftədir mitinqlər keçirir. Mitinqdə hakim ailə əleyhinə şüarlar bağırıb. Baş nazir Şeyx Xəlifə bin Salman əl-Xəlifə 40 ildir hakimiyyətdədir. O, kral Həməd bin İssa əl-Xəlifənin əmisidir. Şiələrin başçılığı ilə müxalifət qüvvələri əsas etibarilə əl-Xəlifə ailəsinin üzvlərindən ibarət olan hökumətin bütünlüklə istefaya getməsini tələb edir. Onlar sünni monarxiyanın körfəz ölkəsinin əhalisinin böyük hissəsini təşkil edən şiələrin də təmsil olunduğu seçkili hökumətlə əvəz edilməsini istəyir.

XS
SM
MD
LG