Accessibility links


Bəhreyn məhkəmsi 2011-ci ildə ölkədə azlıqda olan sünnilərin hakimiyyətini devirmək ittihamları ilə məhkum olmuş 13 müxalifət üzvünün hökmünü qüvvədə saxlayıb.

Məhkəmə əsas etibarilə şiələrdən ibarət olan müxalifət üzvlərinin müraciətini rədd edib. Müttəhimlərdən səkkizi ömürlük həbs cəzası alıb, qalanlarına isə 5 illə 15 il arasında həbs cəzası verilib.

Müxalifət fəalları Bəhreyndə hakim Əl-Xəlifə ailəsini hakimiyyətdən salmaq, habelə İran və Livanda Hizbullah yaraqlı qrupuna işarə olaraq, xarici ölkələrdə “kəşfiyyat üzvlərilə” əlaqə yaratmaq üçün “terrorçu qruplar yaratmaqda ittiham edilib. İran Bəhreyndəki şiələrə mənəvi baxımdan dəstəkdən başqa heç bir yardım göstərilmədiyini deyir.

Bəhreyn dissidenrləri 2011-ci ildə fevral ayında demokratik islahatlar həyata keçirmək və şiə əksəriyyət əleyhinə sünni monarxiya tərəfindən ayrl-seçkiliyə son qoymaq tələbilə nümayişlərin keçirilməsinə kömək göstərmişdir.

Bəhreynin başlıca şiə müxalifət qrupu olan “Vəfaq” dissidentlərin hökmlərinin qüvvədə saxlanması qərarına münasibət bildirərək, hökuməri siyasi təqiblərdə ittiham edib. Tvitterdə yerləşdirilən mesajda qrup inqilabın davam etdiyini və bu hökmlərin onu daha da gücləndirdiyini bildirib. Beynəlxalq insan hüquqları qrupları Bəhreyn hökumətini müxalifət qruplarını azad etməyə çağırıb.
XS
SM
MD
LG