Accessibility links

Bakıda "Caspian Oil & Gas" sərgisi açılacaq


Bakıda "Caspian Oil & Gas" sərgisi açılacaq

Bakıda "Caspian Oil & Gas" sərgisi açılacaq

Sərgi çərçivəsində iştirakçı şirkətlər tərəfindən keçiriləcək seminar və təqdimatlarda 400-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir

İyunun 1-dən 4-dək Bakıda “Caspian Oil & Gas” 17-ci Beynəlxalq Xəzər neft və qaz, neftayırma və neft kimyası sərgisi keçiriləcəkr. Sərgi çərçivəsində iyunun 2-3-də “Avropanın enerji geosiyasəti və Azərbaycanın rolu” mövzusunda konfrans da olacaq.
Nobel qardaşlarının Bakı Neft Klubunda (“Villa Petrolea”) təşkil edilmiş mətbuat konfransında bildirilib ki, sərgidə dünyanın 26 ölkəsindən 280 şirkət iştirak edəcək və ekspozisiya sahəsi ötən illə müqayisədə 15 faiz artacaq. Sərgi sahəsinin 40 faizdən çoxu dünyanın şöhrətli şirkətləri tərəfindən tutulacaq.

Sərgi çərçivəsində iştirakçı şirkətlər tərəfindən keçiriləcək seminar və təqdimatlarda 400-dən çox nümayəndənin iştirak edəcəyi gözlənilir. Tədbirlərin proqramına Azərbaycan, Gürcüstan, ABŞ, Türkiyə və Çexiyanın sənaye nazirliklərinin, neft və qaz sektorunda fəaliyyət göstərən aparıcı şirkət və struktur rəhbərlərinin məruzələri daxil edilib.
“Caspian Oil & Gas” sərgisi ilə eyni vaxtda “TransCaspian” 9-cu Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi də keçiriləcək.

XS
SM
MD
LG