Accessibility links

Bakıda 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı açılıb


Bakıda 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı açılıb

Bakıda 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransı açılıb

Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransında Avropa Birliyi, Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, Norveç şahzadəsi Hookon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinqer, ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin Neft və Energetika naziri Ola Borten Moe iştirak edir.

Bakıda “Caspian Oil and Gas” - 18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və konfransı açılıb. Sərgi və konfrans iyunun 10-dək davam edəcək.

Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası Sərgi və Konfransında Avropa Birliyi, Böyük Britaniyanın yüksək vəzifəli şəxsləri, Norveç şahzadəsi Hookon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinqer, ABŞ Dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin Neft və Energetika naziri Ola Borten Moe iştirak edir. Tədbirdə Azərbaycan, Macarıstan, Ukrayna, Rusiya və Türkmənistanın müvafiq nazirliklərinin nümayəndələri, habelə neft və qaz sektorunda fəaliyyət göstərən iri şirkət və strukturların nümayəndələri də iştirak edir.

Sərgidə dünyanın 27 ölkəsindən 285 şirkət iştirak edir və bu iştirakçılar arasında Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları da vardır. Sərginin qırx faizdən çox hissəsi bütün dünyada tanınmış iri dövlət neft və qaz şirkətləri və korporasiyaları tərəfindən tutulub.

Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, əsrin kontraktı imzalandıqdan sonra Azərbaycan iqtisadiyyatına 97 milyard dollar investisiya qoyulub. “1995-ci ildən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 97 milyard dollar təşkil edir, bunun 42 milyard dolları neft-qaz sektorunun payına düşür. Bu sərmayələrin böyük hissəsi xarici investisiyalardır.”

Dövlət başçısının dediyinə görə, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edir, digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir.

Dövlət başçısı deyib ki, 1994-cü ildən indiyədək Azərbaycan ilə xarici şirkətlər arasında heç bir ciddi problem olmayıb, müqavilələrə heç vaxt yenidən baxılmayıb. "Amma, bəzi ölkələr vür ki, müqavilələrə yenidən baxır və ya baxmaq istəyir. Azərbaycan inam qazanıb, investisiyalar dövlət tərəfindən müdafiə olunur və bu məsələdə bizim siyasətimiz dəyişməzdir."

Prezidentin sözlərinə görə, bu gün Azərbaycan həm də qaz ixracatçısı ölkə kimi tanınır. “ Biz səylərimizi qaz amilinə yönəltmişik, neft emalında isə mövcud həcmlərin saxlanması gözlənilir. "Bizə etibarlı, qanunvericiliklə tənzimlənən və böyük bazarlar lazımdır."

İlham Əliyevin sözlərinə görə, hazırda Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,2 trilyon kubmetrdir. Amma bu çox təvazükar rəqəmdir. Proqnozlar çox böyükdür. Bu il ADNŞ tərəfindən “Ümid” qaz yatağı kəşf edilib. Bu strukurda qaz var və yeni qaz yataqları da kəşf ediləcək. Azərbaycan qazı 100 ildən çox bəs edəcək.”

Dövlət başçısı ölkənin valyuta ehtiyatları 35 milyard dollara çatdığını, Ümumi Daxili Məhsulun yeddi il ərzində üç dəfə artığını bildirib.

Prezidentin sözlərinə görə, hazırda Azərbaycan nefti dünya bazarlarına üç istiqamət üzrə çatdırılır. "Azərbaycan bu sahədə müxtəlif istiqamətlərə nail olub və bu gün ölkənin üç istiqamət üzrə çox etibarlı marşrutlarla nəql edilən nefti dünya bazarına çıxarılır.”

Sərgi-konfransın açılış mərasimində Amerika prezidenti Barak Obamanın, Böyük Britaniya və Türkiyə Baş nazirlərinin, Norveç və Gürcüstan hökumətlərinin təbrikləri oxunub.

Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycanı Avropa İttifaqının enerji sektorunda çox ciddi strateji tərəfdaşı adlandırıb. “Biz Cənub dəhlizini mümkün qədər tez həyata keçirəcəyik”, - deyə o qeyd edib.

XS
SM
MD
LG