Accessibility links

Bakıda Amerika Təhsil Yarmarkası təşkil edilib


Bakıda Amerika Təhsil Yarmarkası təşkil edilib

Bakıda Amerika Təhsil Yarmarkası təşkil edilib

Yarmarkada yeddi universitet və kolleclər iştirak edir

Bakıda Amerika Təhsil yarmarkası təşkil edilib. Azərbaycan Dillər Universitetindəki Amerika Mərkəzində keçirilən yarmarka Bakı Təhsil Məlumat Mərkəzi və ABŞ Təhsil Qrupu tərəfindən təşkil edilib.

Burada Amerikada təhsil almaq istəyənlər və onların valideynləri Amerika universitetlərinin nümayəndələri ilə görüşüb, maraqlandıqları bütün suallara cavab alıb.

Yarmarkada 7 Amerika universiteti və kolleclər iştirak edib.

Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu bildirib ki, ən yaxşı Amerika universitetləri Azərbaycanlı tələbələri dəvət edir. “Biz çox ümidverici marağın inkişafını görürük. Keçən il Amerika universitetinə qəbul olan Azərbaycanlı tələbələrin sayı 14 faiz artıb”- deyə o qeyd edib.

Bakı Təhsil Mərkəzinin mütəxəssisi Günay Məsimova isə “Amerikanın səsi” radiosuna müsahibəsində bildirib ki, ötən il Amerika universitetlərinə 340 nəfər Azərbaycanlı tələbə qəbul olub. 2010-cu ildə bu rəqəmin artacağını gözləyirik. Ona görə ki, Təhsil yarmarkasına müraciət edənlərin sayı ötən ilkindən dəfələrlə çoxdur”.

Onun sözlərinə görə, yarmarkada nüfuzlu universitetlərlə yanaşı icma kollecləri də iştirak edir. “Kolleclərdə illik təhsil haqqı 5 min dollardan başlayır. Nüfuzlu universitetlərdə isə illik təhsil haqqı 60 min dollaradəkdir”, - deyə o bildirib.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG