Accessibility links

Bakıda Amerika üslubunda rok konsert olacaq


Bakıda Amerika üslubunda rok konsert olacaq

Bakıda Amerika üslubunda rok konsert olacaq

Aprel ayında Bakıda davam edən Amerika günlərinə yekun vurmaq məqsədilə Park Bulvar ticarət mərkəzi mayın 1-dən etibarən üç musiqi qrupunun Amerika üslubunda rok konserti olacaq.

Aprel ayında Bakıda davam edən Amerika günlərinə yekun vurmaq məqsədilə Park Bulvar ticarət mərkəzi mayın 1-dən etibarən üç musiqi qrupunun Amerika üslubunda rok konserti olacaq. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Azərbaycan Beynəlxalq Məktəbindən (TİSA) gənc amerikalı musiqiçilərin daxil olduğu iki qrup - Less Than Three və Entropy qrupları konserti açacaq. Bakı musiqiçilərinin də daxil olduğu The Loaded Ladas qrupu Amerika klassik rokunu ifa edəcək. Konsert pulsuzdur və ictimaiyyətə açıqdır. Park Bulvarın dəstəyi ilə konsert ticarət mərkəzinin üçüncü, restoran-kafe mərtəbəsində eyvanda açıq havada keçiriləcək.

“Vaşinqtondan Çikaqoya, oradan San Fransiskoya qədər bir çox amerikalılar yazın və isti havanın qayıdışını parklarda, açıq havada rok-n-roll konsertləri ilə qarşılayır. Ölkələrimizi biri-birinə daha da yaxınlaşdırmaq üçün bu ənənəmizi Azərbaycanla bölüşmək istədik”, - deyə Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.

Amerika səfirliyinin və Gənclər Klubu İctimai Birliyinin dəstəyi ilə aprel ayı boyunca Azərbaycan Dillər Universitetinin Amerika Mərkəzində Amerika günlərinə həsr edilmiş silsilə tədbirlər təşkil olunub. Kitabxana və geniş onlayn resurslarına malik olan Amerika Mərkəzi tələbələrə və ictimaiyyətə açıqdır.

XS
SM
MD
LG