Accessibility links

Bakıda Amerika və Britaniya vətəndaşları fiziki hücuma məruz qalıb


Bakıda Amerika və Britaniya vətəndaşları fiziki hücuma məruz qalıb
Bakıda Amerika və Britaniya vətəndaşları fiziki hücuma məruz qalıb

Dünən axşam amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə Bakı şəhərində Milli Dram Teatrının yaxınlığında baş verib.

Dünən axşam amerikalı jurnalist Amanda Erikson və britaniyalı hüquq müdafiəçisi Silya Devis Bakıda naməlum şəxslərin hücumuna məruz qalıb. Hadisə Bakı şəhərində Milli Dram Teatrının yaxınlığında baş verib. Turan Agentliyinin məlumatına görə, idmançı bədən quruluşuna malik bir neçə gənc qızların üzərinə hücum çəkib və heç bir izahat vermədən onları döyməyə başlayıb. Hadisədən əvvəl qızlar bu oğlanların onları izlədiyini bildirmişdilər. Nəticədə qızlar ciddi zədələr alıblar.

Mərkəzi Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiyə Komitəsi hücumları pisləyib və əlaqədar idarələri hücumçuları tapıb məhkəmə qarşısına çıxartmağa çağırıb. Təşkilatın direktorunun müavini Robert Mahoni deyib ki, "Biz Bakı polisini bu mənfur hücum barədə dərhal təhqiqat başlatmağa çağırırıq. O deyib ki, hücumun soyqunçuluqla əlaqəsi olmadığına görə rəsmi dairələr səbəb kimi onların jurnalistika fəaliyyətlərini nəzərdə tutmalıdırlar. Xanım Devisin işlədiyi Jurnalistlərin Azadlığı və Təhlükəsizliyi Təşkilatının direktoru Emin Hüseynovun sözərinə görə bu hücumlar müstəqil jurnalistlər bə hüquq müdafiyəçilərinə qarşı xəbərdarlıqdır.

Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə bildirib ki, iki xarici vətəndaşın döyülməsi haqqında informasiyaya malik deyil. Bununla belə, o qeyd edib ki, belə bir fakt olubsa polisin “102” növbətçi xidmətinə və ya müvafiq ərazi üzrə polis bölməsinə müraciət etmək lazımdır.


Erikson və Devis yerli QHT-lərlə əməkdaşlıq edir, jurnalistlər və vətəndaş cəmiyyəti fəalları üçün treninqlər keçirirdilər. Xanım Erikson həmçinin “Vaşinqton post” və “Nyu-York tayms” qəzetləri ilə də əməkdaşlıq edirdi.

Amerikalı jurnalist və britaniyalı hüquq müdafiəçisinin döyülməsi ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melianın Bakıda səfərdə olduğu vaxta təsadüf edib.

Amerika səfirliyindən Amerikanın Səsi radiosuna bildiriblər ki, səfirliyin bu cinayət barədə məlumatı var və səfirliyin əməkdaşları zərərçəkmişlərə yardım göstərir. “Döyülənlər polisə müraciət ediblər və təhqiqatla bağlı suallar polisə ünvanlanmalıdır”.

Səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Terri Devidsonun sözlərinə görə, Amerika vətəndaşı Amanda Erikson hazırda özünü yaxşı hiss edir, ciddi xəsarətləri yoxdur.

Öz növbəsində, ABŞ dövlət katibinin müavininin demokratiya və insan hüquqları üzrə köməkçisi Tomas Melian da bu gün jurnalistlərlə görüşdən sonra keçirdiyi brifinqdə Amerikanın Səsi radiosunun sualının cavabında bu barədə eşitdiyini bildirib. “Biz bu iki nəfərin hücuma məruz qaldığı barədə eşitmişik. Sadəcə dəqiq məlumatımız yoxdur. Əminəm ki, Amerikanın Azərbaycandakı səfirliyi bu işlə məşğul olacaq və araşdırma aparılacaq”, - deyə o qeyd edib.

Böyük Britaniyanın Azərbaycandakı səfirliyi bu ölkənin vətəndaşı Silya Devisin fiziki hücuma məruz qalması ilə bağlı şərh verməyib. Amerikanın Səsi radiosuna bəlli olub ki, hücumçular xanım Silyanı bir neçə dəfə asfalta çırpıb və nəticədə onun sol qolu sınıb. Xəstəxanaya yerləşdirilən Silya Devisin üzərində cərrahiyə əməliyyatı aparılıb.

XS
SM
MD
LG