Accessibility links

Bakıda kompüter dəstəkli komanda-qərargah təlimləri başlayıb


Bakıda kompüter dəstəkli komanda-qərargah təlimləri başlayıb

Bakıda kompüter dəstəkli komanda-qərargah təlimləri başlayıb

Sentyabrın 20-də Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Simulyasiya Mərkəzində Azərbaycan, Türkiyə və Gürcüstan respublikaları hərbi qulluqçularının iştirakı ilə “ETERNİTE - 2010” kompüter dəstəkli komanda-qərargah təliminə start verilib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov bildirib ki, təlim 10 ildən artıqdır ki, növbəlilik prinsipi ilə Azərbaycan, Türkiyə və Gürcüstanda keçirilir. Sentyabrın 23-dək davam edəcək “ETERNİTE - 2010” təlimində Türkiyə və Gürcüstanı 12, Azərbaycanı isə 20 nümayəndə təmsil edir.

XS
SM
MD
LG