Accessibility links

Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir

  • Nərminə Cəlalqızı

Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir

Bakıda Beynəlxalq Kukla Teatrları Festivalı keçirilir

Abdulla Şaiq Adına Kukla Teatrının aparıcı səhnə ustası Tamilla Bünyadova ilə söhbət

«Azərbaycan Teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına uyğun olaraq 2011-ci il noyabr ayının 1-dən 6-dək Bakıda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, UNİMA Beynəlxalq Kukla Teatrları Assosiasiyası və TÜRKSOY Uluslararası Kültür Təşkilatı ilə birgə Beynəlxalq Kukla Teatrları Festivalı keçirir.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aparıcı səhnə ustası Tamilla Bünyadova Festivalın Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunduğunu dedi. Tamilla xanım festival çərçivəsində 16 ölkədən - Böyük Britaniya, Rumıniya, İspaniya, Türkiyə, İordaniya, Avstriya, Gürcüstan, Misir və digər ölkələrin kukla teatrlarının çıxış edəcəyini dedi. O, festivalın açılışının ilk günü festival təşkilatçılarının mətbuat konfransı keçirdiyini, “Canbala" uşaq musiqi qrupunun çıxış etdiyini, teatrın həyətində sərgi trəşkil edildiyini bildirdi.

Tamilla xanım Abdulla Şaiq Adına Kukla teatrından savayı fesivalda Azərbaycandan daha iki qrupun - Qax Dövlət Teatrının və Azərbaycan Dövlət Televiziyasının “Bəbək” teatrının da çıxış edəcəyini dedi.

Aktrisa Abdulla Şaiq Adına Kukla Teatrının bu yaxınlarda Mərakeş festivalının qalibi olan Nizami Gəncəvinin “Xeyir və Şər, Kazanda keçirilən türkdilli xalqların festivalında isə “Qara və Ağ” tamaşalarının festivalda nümayiş etdirildiyini bildirdi.

Noyabrın 2-də isə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium təşkil ediləcək.

XS
SM
MD
LG