Accessibility links

Bakıda bir terrorçu öldürülüb


MTN bildirir ki, təhlükəsizliyə mümkün təhdidlərin qarşısının alınması üzrə bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

Mayın 16-da gecə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi Bakının Nizami rayonu ərazisində radikal dini qruplaşmaya qarşı əməliyyat keçirib. Əməliyyat zamanı radikal dini qruplaşmanın üzvləri saxlanılıb.
Milli Təhlükəsizlik Nazirliyinin İctimai əlaqələr mərkəzinin rəhbəri Arif Babayev bildirib ki, ölkənin milli maraqlarına və təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üzrə bütün qabaqlayıcı tədbirlər həyata keçirilir, antiterror əməliyyatları davam etdirilir.

O əməliyyatla və həbs edilənlərlə bağlı geniş məlumat verməyib.

Yalnız onu deyib ki, əməliyyatlar zamanı 1 terrorçu məhv edilib. Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

XS
SM
MD
LG