Accessibility links

Bakıda Fələstin səfirliyi açılıb


Bakıda Fələstin səfirliyi açılıb
Bakıda Fələstin səfirliyi açılıb

Azərbaycan baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, Azərbaycanda Fələstin səfirliyinin açılması iki xalq arasında dostluğun və əməkdaşlığın gələcək inkişafına xidmət edəcək. “Azərbaycanla Fələstin arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açılır”.

Fələstin dövlətinin Azərbaycandakı səfirliyinin rəsmi açılışı olub. Açılış mərasimində Azərbaycanda rəsmi səfərdə olan Fələstin dövlətinin prezidenti Mahmud Abbas iştirak edib.

Azərbaycan baş nazirin müavini Elçin Əfəndiyev deyib ki, Azərbaycanda Fələstin səfirliyinin açılması iki xalq arasında dostluğun və əməkdaşlığın gələcək inkişafına xidmət edəcək. “Azərbaycanla Fələstin arasında siyasi əlaqələr də yüksək səviyyədədir. Bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanlar açılır”.

Mahmud Abbas Bakıda Fələstin səfirliyi üçün bina ayrılmasına görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

İki xalqın qədim tarixi əlaqələrindən danışan Mahmud Abbas Azərbaycanla Fələstin arasında bir çox sahələrdə əməkdaşlıq üçün yeni imkanların olduğunu bildirib. O, sosial-iqtisadi sahədə əməkdaşlığın gələcək inkişafının vacibliyini qeyd edib.

XS
SM
MD
LG