Accessibility links

Bakıda iki təhsil yarmarkası keçirilib


Bakıda iki təhsil yarmarkası keçirilib

Bakıda iki təhsil yarmarkası keçirilib

Tələbələr, şagirdlər, eləcə də valideynlər Amerikada, İngiltərədə, İtaliyada, İspaniyada və başqa ölkələrdə yerləşən universitetlərin və ABŞ özəl orta məktəblərin nümayəndələri ilə görüşüb, maraqlandıqları suallara cavab alıb.

Bu gün Bakı Təhsil Məlumat Mərkəzində iki təhsil yarmarkası keçirilib. Yarmarkaların məqsədi insanları dünyanın bir neçə universitetində və beynəlxalq özəl məktəblərində təhsil alma imkanları haqqında lazımi məlumatla təmin etmək olub. Tələbələr, şagirdlər, eləcə də valideynlər Amerikada, İngiltərədə, İtaliyada, İspaniyada və başqa ölkələrdə yerləşən universitetlərin və ABŞ özəl orta məktəblərin nümayəndələri ilə görüşüb, maraqlandıqları suallara cavab alıb.

ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza sərgidə iştirak edib. “Yarmarkada bir neçə nüfuzlu Amerika universitetlərinin nümayəndələri iştirak edir. Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayı ildən-ilə durmadan artır - hər il 15 faiz daha çox tələbə ABŞ-da təhsil alır. Bu göstərir ki, ABŞ yüksək beynəlxalq standartlara cavab verən ali təhsil təklif edir. Ümidvarıq ki, bu tendensiya davam edəcək”.
Cənab Brayza həmçinin elan edib ki, bu il mayın 21-də ABŞ-Azərbaycan Təhsil Mərkəzinin açılışı olacaq. Bu mərkəzdə ABŞ-da təhsil almaq imkanları barədə ətraflı məlumat əldə etmək mümkün olacaq. Mərkəz Cəfər Cabbarlı küçəsi 44 Caspian Biznes Mərkəzində yerləşəcəkdir. Mərkəzdə Bakı Təhsil İnformasiya Mərkəzi, American Councils (Amerika Şurası) və İREX təşkilatı yerləşəcək.
Yarmarkada iştirak edəcək universitetlər: American İnterContinental University, Emirates Academy of Hospitality Management, Glion Institute of Higher Education, IE University, John Cabot University, Johnson and Wales University, Lynn University, MODUL University Vienna, Penn State, State University of New York –Plattsburgh, University of British Columbia, the University of Tulsa, Vanderbilt University, Wartburg University və ondan artıq Beynəlxalq Özəl Orta məktəblər.

XS
SM
MD
LG