Accessibility links

Bakıda korrupsiyaya qarşı etiraz aksiyası keçirilib


Bakıda korrupsiyaya qarşı etiraz aksiyası keçirilib

Bakıda korrupsiyaya qarşı etiraz aksiyası keçirilib

Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində 2009-2010-cu illərdə Bakının mərkəzi rayonlarında 20 min insanın evinin söküldüyünü və 2011-ci ildə evi sökülən insanların sayının 60 minə çatacağını deyib. “Burada ciddi korrupsiya faktları var”.

Bu gün Sülh və Demokratiya İnstitutunun təşəbbüsünə dəstək olaraq bir qrup insan institutun ofisi qarşısında korrupsiyaya qarşı etiraz aksiyası keçirib. Etirazçılar üzərində prezident İlham Əliyevin korrupsiya əleyhinə sitatları yazılmış şarları partladıb və analoji şüarlar əks etdirən plakatları cırıb.

Aksiya iştirakçıları daha sonra yeni şarlar üfürərək, üzərinə şüarlar yazıb havaya buraxıb. Bu zaman onlar korrupsiya əleyhinə şüarlar səsləndirib və İkinci Dünya Müharibəsi dövrünə aid “Qalx ayağa, Vətən!” mahnısını oxuyublar.

Beləliklə, aksiya iştirakçıları Bakının mərkəzində tikililərin qanunsuz sökülməsinə, minlərlə vətəndaşın əmlak hüquqlarının pozulmasına, Bakı Meriyası işçilərinin korrupsiyaya uğramasına etiraz ediblər. Aksiyada zərərçəkmiş vətəndaşlar, hüquq müdafiəçiləri, jurnalistlər iştirak edib.

Sülh və Demokratiya institutunun direktoru Leyla Yunus Amerikanın Səsi radiosuna müsahibəsində 2009-2010-cu illərdə Bakının mərkəzi rayonlarında 20 min insanın evinin söküldüyünü və 2011-ci ildə evi sökülən insanların sayının 60 minə çatacağını deyib. “Burada ciddi korrupsiya faktları var. Qanunvericiliyə görə, dövlət ehtiyacları üçün vətəndaşlara məxsus evlərin sökülməsi üçün Nazirlər Kabineti sərəncam imzalamalıdır. Vətəndaşlar 3 il öncə xəbərdar edilməli və büdcədən bu məqsədlə vəsait ayrılmalıdır. Konstitusiyaya görə, mülkiyyət toxunulmazdır, mülkiyyətin satış qiymətini vətəndaş təklif edir. Amma, Azərbaycanda bütün bunlar pozulur. Vətəndaşlar üç il yox, üç həftə qabaq evinin söküləcəyi barədə xəbərdar edilir. Büdcədən bu məqsədlə vəsait ayrılmır. Dövlət Neft Şirkəti və bir sıra nazirliklər bir şəxsin bank hesabına artıq milyonlarla manat vəsait köçürüb. Həmin vətəndaş isə insanların evini alıb, Bakı şəhər İcra Hakimiyyətinin tikinti aparması üçün sökdürür. Vətəndaşlara evinin əvəzində pul verilmir. Onlar Dövlət Əmlak Komitəsinin rəhbərinin qardaşının “Azinko” adlanan şirkətinin tikdiyi evlərə köçürülür. Hansı ki, həmin evlər dövlət qeydiyyatına götürülüb, insanların yaşaması üçün qanuniləşdirilməyib. Faktiki insanlar qanunsuz evlərə köçürülür”, - deyə xanım Yunus qeyd edib.

O Dövlət Neft Şirkətini, Dövlət Əmlak Komitəsini, “Azinko” Şirkətini və digər vəzifəli şəxsləri məhkəməyə verib.

XS
SM
MD
LG