Accessibility links

Bakıda sexdə baş verən partlayışda üç nəfər ölüb


Bakıda sexdə baş verən partlayışda üç nəfər ölüb

Bakıda sexdə baş verən partlayışda üç nəfər ölüb

Nərimanov Rayon Prokurorluğunun məlumatına görə, həlak olanlardan biri sexin rəhbəri, 45 yaşlı Rövşən Ağagülovdur. Digər iki nəfər - 21 yaşlı Nurlan Xəlilov və 40 yaşlı Agasəf Vahabov sexdə təmir işləri aparan işçilərdir.

Bakının Nərimanov rayonunda kolbasa sexində partlayış baş verib. Nəticədə üç nəfər həlak olub, üç nəfər kəllə-beyin xəsarəti alıb. İlkin məlumata görə, partlayış qaz sistemində aparılan təmir işləri nəticəsində baş verib.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Suqra Bəşirova Amerikanın Səsi radiosuna bildirib ki, yaralılar xəstəxanaya yerləşdirilib. Nərimanov Rayon Prokurorluğunun məlumatına görə, həlak olanlardan biri 45 yaşlı Rövşən Ağagülovdur. Digər iki nəfər - 21 yaşlı Nurlan Xəlilov və 40 yaşlı Agasəf Vahabov sexdə təmir işləri aparan işçilərdir.

XS
SM
MD
LG