Accessibility links

Bakıda tələbələr PKK-nı lənətləyib


Bakıda tələbələr PKK-nı lənətləyib

Bakıda tələbələr PKK-nı lənətləyib

Bakıda təhsil alan türk tələbələr Türkiyənin Azərbaycandakı səfirliyi önündə PKK-ya qarşı etiraz aksiyası keçirib. Aksiyanın keçirilməsinə səbəb Türkiyənin Hakkari bölgəsində türk əsgərlərinə edilən hücum olub.

Bu gün Bakıda təhsil alan türk tələbələr Türkiyənin Azərbaycandakı səfirliyi önündə PKK-ya qarşı etiraz aksiyası keçirib. Aksiyanın keçirilməsinə səbəb Türkiyənin Hakkari bölgəsində türk əsgərlərinə edilən hücum olub. Həmin hücum nəticəsində 26 əsgər şəhid olub, daha 18 nəfər isə yaralanıb.
Turan Agentliyinin məlumatına görə, yüzdən çox tələbə səfirlik önündə şəhidlərin xatirəsini yad edib, terrorçu-PKK-nı lənətləyib. Tələbələr rəsmi Ankaradan terrora qarşı mübarizədə ən təsirli vasitələrə əl atmasını tələb edib.

XS
SM
MD
LG