Accessibility links

Bakıda təlim təyyarəsi gölə düşüb


Bakıda təlim təyyarəsi gölə düşüb
Bakıda təlim təyyarəsi gölə düşüb

Fövqəladə Hallar Nazirliyinin xilasedici briqadası təyyarəni göldən çıxarıb, ekipaj üzvləri xilas edilib.

Noyabrın 23-də Bakıda Sessna təlim təyyarəsi qəzaya uğrayaraq Masazır gölünə düşüb.

Fövqəladə Hallar Nazirliyinin qəza yerində işləyən briqadası

təyyarəni vertolyotla göldən çıxarıb. Xilasediciləri həmçinin gölə düşən təyyarənin iki ekipaj üzvünü də xilas edib.

Yerli prokurorluğun məlumatına görə, təyyarə "Azərbaycan Hava Yolları" QSC-yə məxsusdur. Qəza zamanı təyyarədə 2 pilot olub. Onlar xəsarət almayıb.

XS
SM
MD
LG