Accessibility links

Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclası keçirilir


Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclası keçirilir
Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının iclası keçirilir

Prezident Əliyev Xüsusi Xidmət Orqanları rəhbərlərini qəbul edib. Odeyib ki, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma var.

Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 14-cü iclasının iştirakçılarını qəbul edib. İclas Bakıda keçirilib.
Prezident Əliyev deyib ki, dost dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri arasında yaxşı qarşılıqlı anlaşma var, səylərin əlaqələndirilməsi mövcuddur və bu, çox vacibdir. “Müasir dünyada informasiya mübadiləsi, təhlükələrin aradan qaldırılması üzrə əlaqələndirmə və birgə tədbirlər müstəsna əhəmiyyətə malikdir. Hər bir ölkənin təhlükəsizliyi dövlət üçün böyük əhəmiyyət kəsb edir. Təbii ki, təhlükəsizliyi daha uğurla təmin etmək yalnız birgə səylərlə mümkündür”.

Türkiyə Cümhuriyyəti Milli İstihbarat Təşkilatının müstəşarı Hakan Fidan bildirdi ki, bölgədə mövcud olan təhlükələrin birgə əməkdaşlıq şəraitində aradan qaldırılmasında xüsusi xidmət orqanlarının əməkdaşlığı faydalıdır və əlaqələr gücləndikcə bu təhlükələr də zəifləyir.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sədri Nurtay Abıkayev deyib ki, bütün səylər regionda mövcud olan təhlükələrin aradan qaldırılması üçün qarşılıqlı fəaliyyətə yönəlib.

XS
SM
MD
LG