Accessibility links

Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisi açılıb


Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisi açılıb

Bakıda Ümumdünya Gömrük Təşkilatının Avropa regional ofisi açılıb

Bakı ofisi 51 ölkənin gömrük xidmətini əhatə edəcək. Regional ofisdə çoxsaylı ölkələrdən əməkdaşlar çalışacaq.

Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Avropa regional ofisi açılış mərasimi keçirilib.
APA Agentliyinin xəbərinə görə, tədbirdə çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, mərkəzin yaradılması ideyası 4 il əvvəl ortaya çıxıb və uzun müddət davam edən danışıqlar nəticəsində konkret məkan razılaşdırılıb. “Bir çox güclü və imkanlı ölkələr, o cümlədən Avropa İttifaqına daxil olan ölkələr bu ofisin öz ölkələrində tikilməsini istəyirdilər. Regional ofisin Azərbaycanda yaradılmasına 175 ölkə səs verib. O cümlədən aparılmış təbliğat-təşviqat işləri nəticəsində Ermənistan da məsələnin əleyhinə səs verməyib” - deyə A.Əliyev qeyd edib.
Komitə sədrinin sözlərinə görə, ofisin fəaliyyəti üçün Azərbaycanın seçilməsinin bir neçə səbəbi var: «Bunlar ilk növbədə ölkə rəhbərliyinin gömrük xidmətinə diqqəti, ikincisi, gömrük xidmətinin əldə etdiyi nailiyyətlərdir».
Bildirilib ki, ÜGT-nin əhatə etdiyi 6 regiondan birinin fəaliyyəti Bakıdan koordinasiya olunacaq və 51 ölkənin gömrük xidmətini əhatə edəcək. Regional ofisdə çoxsaylı ölkələrdən əməkdaşlar çalışacaq.
ÜGT-nin potensialının gücləndirilməsi məqsədilə fəaliyyətə başlayan ofisdə yeni gömrük modellərinin yaradılması, gömrük sisteminin modelləşdirilməsi və modernləşdirilməsinə xidmət edəcək.
A.Əliyevin fikrincə, regional ofisin Bakıda açılması Azərbaycanın dünyada tanınmasına, yerli gömrük mütəxəssislərinin bu mərkəzdə çalışaraq daha da, dünya standartlarına uyğun yüksək səviyyə əldə etməsinə, eləcə də burda yeni iş yerlərinin yaranmasına kömək edəcək.
Qeyd edək ki, ÜGT-nin Avropa regional ofisinin Bakıda yaradılmasında fəal iştirakına və Azərbaycan gömrük sisteminin inkişafına verdiyi dəstəyə görə 4 nəfər ÜGT nümayəndəsi, o cümlədən ÜGT baş katibi Kunio Mikuriya DGK-nın xüsusi nişanı ilə təltif olunub.

XS
SM
MD
LG