Accessibility links

Bakıda Urmiyə gölünün qurumasına etiraz üçün daha bir nümayiş keçirilib


Bakıda Urmiyə gölünün qurumasına etiraz üçün daha bir nümayiş keçirilib

Bakıda Urmiyə gölünün qurumasına etiraz üçün daha bir nümayiş keçirilib

Aksiyanın bəyanatında deyilir ki, İran parlamenti Urmiyə gölünün qurudulmasına razılıq verməklə 35 milyonluq Azərbaycan xalqını təhqir edib. Molla rejimi azərbaycanlıların milli və mədəni haqları üzrə heç zaman ədalətli fərman verməyib, onları daim basqı altında saxlayır.

Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyi Dalğa Gənclər Hərəkatı və Vətəndaş Həmrəyliyi Partiyasının Səbael təşkilatının iştirakı ilə Urmiyə gölünün qurumasına etiraz olaraq İranın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçirib. Bu, İran səfirliyi qarşısında son bir neçə gündə keçirilən ikinci aksiyadır.

Onlarla aksiya iştirakçısı səfirliyi doğru yürüş edərək, Urmiya gölünün ekoloji qəzadan xilas edilməsi tələbi ilə şüarlar səsləndirib. Onlar həmçinin “Xəzərdən Urmiyaya su!”, “Azərbaycan bir olsun, paytaxtı Təbriz olsun!”, “Bütöv Azərbaycan Urmiyanı xilas edəcək!” şüarları səsləndirib.
Aksiya iştirakçıları jurnalistlərə bildirib ki, İranda Urmiya gölünün xilas edilməsi tələbi ilə İranda keçirilən etiraz aksiyaları zamanı 500 azərbaycanlı fəal saxlanıb. 7 nəfər qətlə yetirilib.

Aksiya iştirakçılarının bəyanatında deyilir ki, İran rejimi Urmiyə gölünü qurutmaqla ekologiyaya böyük ziyan vurur, Güney Azərbaycanın bir guşəsini şoranlığa çevirmək istəyir. “İran parlamenti Urmiyə gölünün qurudulmasına razılıq verməklə 35 milyonluq Azərbaycan xalqını təhqir edib. Molla rejimi azərbaycanlıların milli və mədəni haqları üzrə heç zaman ədalətli fərman verməyib, onları daim basqı altında saxlayıb. Tehran rejiminə etiraz edir, həbsdə olanları azadlığa buraxılmasını və Urmiyə gölünün həyata qaytarılmasını tələb edirik”, - deyə sənəddə qeyd edilir.

XS
SM
MD
LG