Accessibility links

Bakıda beynəlxalq qaz konfransı keçirilir


Bakıda beynəlxalq qaz konfransı keçirilir

Bakıda beynəlxalq qaz konfransı keçirilir

«Şahdəniz» yatağından hasilat gün-gündən artırılır. “Hazırda yataqdan gün ərzində 23,1 milyon kubmetr qaz və 600 min kub kondensat hasil edilir. 2011-2012-ci illərdə «Şahdəniz»də hasil olunan qazın həcmi 9-12 milyard kubmetrə çatdırılacaq. Yataqdan çıxarılan qazın böyük hissəsi Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur. Bu kəmər vasitəsi ilə 2007-2010-cu illərdə Türkiyəyə təxminən 12 milyard kubmetr qaz ixrac olunub.

Bakıda “RWE”, “TAP” və “OMV” şirkətlərinin dəstəyi ilə “World Gas İnfrastructure Caspian-2010” beynəlxalq qaz konfransı işinə başlayıb. Forumda enerji təhlükəsizliyi, Avropanın qaz təchizatı, Nabucco layihəsi, Avropanın qaz təchizatında Azərbaycan və Türkmənistanın rolu, regiondakı qaz infrastrukturları məsələləri müzakirə edilir.

İHS CERA şirkətinin təmsilçisi Loran Ruseskas bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Xəzər regionunun əhəmiyyəti getdikcə artır. “Son 12 ayda Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropaya çatdırılması istiqamətində bir sıra proseslər baş verib və yeni suallar meydana çıxıb. Konfrans da məhz bu suallara cavab tapmaq məqsədi daşıyır. Artıq Azərbaycanla Türkiyə arasında qazın nəqli və tranziti ilə bağlı saziş imzalanıb. Hazırda Azərbaycan hökuməti, Azərbaycan Dövlət Neft Şirkəti və onların «Şahdəniz» layihəsindəki tərəfdaşları qazın satışı və nəql marşrutları ilə bağlı seçim qarşısındadır”.

Sənaye və Energetika Nazirliyinin neft-qaz şöbəsinin müdiri Eldar Şiriyev bildirib ki, «Şahdəniz» yatağından hasilat gün-gündən artırılır. “Hazırda yataqdan gün ərzində 23,1 milyon kubmetr qaz və 600 min kub kondensat hasil edilir. 2011-2012-ci illərdə «Şahdəniz»də hasil olunan qazın həcmi 9-12 milyard kubmetrə çatdırılacaq. Yataqdan çıxarılan qazın böyük hissəsi Bakı-Tbilisi-Ərzurum kəməri ilə Gürcüstan və Türkiyəyə nəql olunur. Bu kəmər vasitəsi ilə 2007-2010-cu illərdə Türkiyəyə təxminən 12 milyard kubmetr qaz ixrac olunub. 2008-ci ildə bu rəqəm təxminən 4 milyard kubmetr, 2009-cu ildə 4 milyard 500 min kubmetr təşkil edib. 2010-cu ildə isə kəmərlə Türkiyəyə təxminən 6 milyard kubmetr qaz ixrac olunacağı nəzərdə tutulur. Kəmər vasitəsi ilə 2007-ci ildə Gürcüstana 251,6 milyon kubmetr, 2008-ci ildə 265,6 milyon kubmetr, 2009-cu ildə 400,1 milyon kubmetr qaz nəql edilib. Bu il isə bu kəmərlə qonşu respublikaya 600 milyon kubmetr qaz ixrac olunması planlaşdırılır”. Onun sözlərinə görə, ARDNŞ öz daxili imkanları hesabına da Gürcüstana gün ərzində 500 min kubmetr qaz nəql edir.

Cənab Şiriyev bildirib ki, 2008-ci ildən etibarən «Şahdəniz» qazı Yunanıstana da nəql olunur. Bununla da Azərbaycan qazının Avropaya nəqlinin əsası qoyulub. “Daha böyük həcmdə Azərbaycan qazının Avropaya nəqli Transadriatik layihəsinin başa çatdırılmasından sonra mümkün olacaq. Türkiyə-Yunanıstan qaz kəməri xəttinin İtaliyaya qədər uzadılmasını nəzərdə tutan bu layihənin «Şahdəniz»in ikinci fazası ilə eyni vaxtda reallaşdırılması planlaşdırılır”.

O deyib ki, Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan daha bir layihə isə bu günlərdə Bakıda imzalanıb. “Layihə Azərbaycan qazının sıxılmış halda Gürcüstanın Qara dəniz sahillərindən Rumıniyaya nəqlini nəzərdə tutur. Bu layihədən Macarıstan və Moldovanın da yararlanması gözlənilir. Bütün bunlarla paralel olaraq Nabucco layihəsinin həyata keçirilməsi də müzakirə edilir”.

ARDNŞ-in qaz ixracı departamentinin baş meneceri Kamal Abbasov bildirib ki, Azərbaycan qazın Avropaya çatdırılmasında maraqlıdır və bunun üçün çalışır. “Azərbaycan Nabucco və Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri layihələrini də dəstəkləyir. Hazırda Azərbaycan qazının Bolqarıstana nəqli ilə bağlı danışıqlar da davam etdirilir. Azərbaycan Suriyaya da qaz satmağa hazırlaşır. Bakı-Tbilisi-Ərzurum kəməri vasitəsi ilə nəql olunan qazın bir hissəsi Türkiyə ərazisindən Suriyaya satılacaq. Bunun üçün müvafiq infrastrukturun qurulması nəzərdə tutulur”.

Cənab Abbasov qeyd edib ki, Azərbaycanın ümumi qaz ehtiyatlarının 3,5 trilyon kubmetr olması proqnozlaşdırılır. “Hazırda ölkənin qaz hasilatı 27 milyard kubmetr təşkil edir. «Şahdəniz»in ikinci fazasının işlənməsi hasilatın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bundan başqa, Xəzərdə aşkarlanmış digər qaz yataqları da diqqətdən kənarda saxlanılmamalıdır. Onların işlənməsi ilə bağlı işlər də davam etdirilir”.

Avropa Komissiyasının Azərbaycandakı səfiri Roland Kobia deyib ki, Avropa İttifaqı cənub enerji dəhlizinin inkişafına dəstək verir.

“İnanıram ki, bu layihə reallaşacaq. Layihənin reallaşması üzümüzə yeni-yeni qapılar açacaq” - deyə cənab Kobia vurğulayıb.

XS
SM
MD
LG