Accessibility links

Bakıda Xəzərdə təhlükəsizlik müqaviləsi müzakirə edilir


Bakıda Xəzərdə təhlükəsizlik müqaviləsi müzakirə edilir
Bakıda Xəzərdə təhlükəsizlik müqaviləsi müzakirə edilir

Müqavilə Xəzərdə terrorizm və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələrə, nüvə texnologiyalarına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiyaya qarşı mübarizəni nəzərdə tutur

Bakıda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinlərinin başçılıq etdiyi ekspert qruplarının növbəti iclası olub. İclasda “Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında” Müqavilə layihəsinin razılaşdırılması ilə bağlı müzakirələr aparılıb.

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, müqavilə layihəsinin artıq ikinci ildir müzakirəsi davam edir. “Sənəd Xəzərdə təhlükəsizlik üzrə sahilyanı dövlətlərin müvafiq strukturları arasında əməkdaşlıq mexanizminin yaradılmasını nəzərdə tutur”.

Nazir müavinin sözlərinə görə, Xəzəryanı dövlət başçıları üçüncü zirvə toplantısının Bakıda keçirilməsi ilə bağlı razılaşıb. “Xəzəryanı dövlət başçılarının üçüncü sammiti bu il noyabrın 18-də Bakıda keçiriləcək. Müqavilə layihəsi Xəzəryanı dövlət başçılarının üçüncü sammitində əsas sənəd olacaq”, - deyə o qeyd edib.

Iranın xarici işlər nazirinin müavini Mehdi Axundzadə müqavilə layihəsi ilə bağlı razılığın əldə edilməsini region xalqları və dövlətləri üçün çox yaxşı informasiya kimi dəyərləndirib. “Bu sənədin imzalanması Xəzərlə bağlı digər sənədlərin razılaşdırılmasına da təkan verəcək. Heç kim, heç bir səbəb və faktor Xəzəryanı dövlətlərin əməkdaşlığına əngəl törədə bilməz. Bu əlaqələr var və davam edəcək. Xəzər regionun xalqlarına məxsusdur. Regionun xalqları isə sülh, təhlükəsizlik və mehriban qonşuluq naminə əməkdaşlığın inkişafını ıstəyir”, - deyə cənab Axundzadə qeyd edib.

Rusiya, Qazaxıstan və Türkmənistan tərəfi də sənəd layihəsini müsbət qarşılayıb.

Müqavilə layihəsi 14 maddədən ibarətdir. Bunlar Xəzərdə təhlükəsizliyin təminatı mexanizminin formalaşdırılmasını, terrorizm və mütəşəkkil cinayətkarlığa, silah qaçaqmalçılığına, narkotik maddələrə və nüvə texnologiyalarına, gəmilərin ələ keçirilməsinə, qeyri-leqal miqrasiyaya, bioresursların qanunsuz hasilatına qarşı mübarizəni, fövqəladə halların ləğvini əhatə edir. Təhlükəsizliyin hərbi aspektləri bu sazişin predmeti sayılmır.
Müqavilə iştirakçıları sənədin realaşmasında iştirak edəcək səlahiyyətli orqanları təyin edəcək, işgüzar əlaqələr quracaq, informasiya mübadiləsi aparacaq. Mübahisəli məsələlər tərəflər arasında danışıqlar və məsləhətləşmələr vasitəsilə həll ediləcək.

Sənəd neft-qaz resursları və boru kəmərlərinin çəkilişi məsələlərini də əhatə etmir.

XS
SM
MD
LG