Accessibility links

Ölkənin bir sıra avtomobil yollarında hərəkət çətinləşib. Şimal və şimal-qərb rayonlarında qarın hündürlüyü 40 santimetrədək çatıb.

Azərbaycanın əksər rayonlarında, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü şimal küləyi ilə müşayiət edilən qar yağıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, noyabrım 6-dan başlayaraq Abşeron yarımadasında havanın temperaturu 10 dərəcəyədək aşağı düşüb.

Ölkənin bir sıra avtomobil yollarında hərəkət çətinləşib. Şimal və şimal-qərb rayonlarında qarın hündürlüyü 40 santimetrədək çatıb, bu istiqamətdəki avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib.

Hidrometeoroloji Proqnozlar Bürosu bildirir ki, yaxın üç gündə yağıntılar davam edəcək, güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeron yarımadasında noyabrın 7-də kəskin soyuq hava şəraiti olacaq, fasilələrlə qar yağacaq, bəzi yerlərdə intensivləşəcək. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə və gündüz 0-4 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 8-də yarımadanın bəzi yerlərində yağıntılı olacağı, gündüz dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 0-2 dərəcə, gündüz 3-5 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 09-da hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək.
Cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-4 dərəcə, gündüz 5-7 dərəcə isti olacağı gözlənilir.

XS
SM
MD
LG