Accessibility links

ABŞ senatorları Mark Körk və Ben Kardin Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını alqışlayıb

  • Azerbaijani Service

ABŞ senatorları Mark Körk və Ben Kardin Azərbaycan hökumətinin gənc fəal Bəxtiyar Hacıyevi azad etmək qərarını alqışlayıb.

Senator Körkün rəsmi veb səhifəsində yerləşdirilmiş məktubda onun cənab Hacıyevin Azərbaycanda ədalətsiz həbsinin sona çatdığını alqışladığı deyilir. “Azərbaycan öz vətəndaşlarının ifadə azadlığı da daxil olmaqlq, insan hüquqlarına hörmət etməlidir. Senartor Körk cənab Hacıyev, onun ailəsi və bütün dünyada həbsdə olan siyasi dissidentlərlə həmrəyliyni ifadə edir”-deyə məktubda bildirilir.

Merilend senatoru, ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Komissiyasının sədri Ben Kardin Bəxtiyar Hacıyevin azadlığa buraxılmasını alqışlayaraq, bunu Azərbaycan hökumətinin öz təəhhüdlərinə əməl etməsi baxımından mühüm addım kimi qiymətləndirir. “Cənab Hacıyevin azad edilməsini alqışlayıram. Baxmayaraq ki, onun ümumiyyətlə həbsə alınmalı olmadığını düşünürəm, ümid edirəm ki, onun azadlığa buraxılması Azərbaycan hökimətinin fundamental azadlıqlar və hüquqlar hesab etdiyim söz və toplaşmaq azadlığının təmin edilməsi kimi ATƏT qarşısında götürdüyü öhdəlikləri ciddi şəkildə həyata keçirməyə başladığına işarədir”-deyə senator Kardin bildirir.

Keçən ay senatorlar İllinoys ştatından respublikaçı senator Mark Körk və Merilend ştatından demokrat senator Ben Kardinlə daha bir neçə ABŞ senator Azərbaycan prezidenti İlham Əliyevə Bəxtiyar Hacıyevin azad edilməsinə çağıran məktub göndərmişdilər.

Senator Körk 2011-ci ildə mart ayında ABŞ Dövlət katibi Hillari Klintona ünvanlandığı məktubda Bəxtiyar Hacıyevin işinə diqqət verilməsinə çağırmışdır.

XS
SM
MD
LG