Accessibility links

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlayıb


Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlayıb.

Forumun rəsmi açılış mərasimində Azərbaycan prezidenti Ilham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir, bir neçə ölkənin dövlət və hökumət başçısı, ümumilikdə 146-dan çox ölkədən 2000 nəfərə yaxın iştirakçı, o cümlədən siyasi liderlər, eləcə də beynəlxalq və regional təşkilatlar, özəl sektor, vətəndaş cəmiyyəti, elmi dairələr, gənclər, incəsənət aləmi və kütləvi informasiya vasitələrinin, habelə donor agentlikləri və fondların nümayəndələri iştirak edirlər.

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlayıb

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu başlayıb

Üç gün davam edəcək Forumun toplantıları beynəlxalq televiziyalar və internet vasitəsilə 6 dildə canlı yayımlanacaq. Forum çərçivəsində “Dini rəhbərlər və zorakı ekstremizm: qabaqlayıcı tədbirlərlə bağlı çətinliklər”, “Vətəndaş cəmiyyəti və biznes: sülh, təhlükəsizlik və davamlı inkişaf naminə birgə fəaliyyət”, “Nifrət çıxışlarının qarşısının alınması və bu cür hallarla mübarizə sahəsində qabaqcıl metodların mübadiləsi”, “Tətbiqi proqramlar və video-oyunlar vasitəsilə kiber-ekstremizm əleyhinə əks-təbliğat tədbirləri”, “Münaqişə zonalarında sülhün bərqərar edilməsi prosesində qadınların rolu”, “Davamlı və inklüziv inkişaf naminə idman”, “Qlobal miqrasiya prosesində şəhərlərin rolu”, “Sülhsevər və inklüziv cəmiyyətlərin formalaşdırılmasında gənclərin iştirakı: nəsillər və sahələr arasında tərəfdaşlıq əlaqələrinin həlledici rolu”, “Multikultural cəmiyyətin formalaşdırılmasında Azərbaycanın rolu”, “Birgəyaşayışın öyrənilməsi: təhlükə və münaqişə problemi”, “Bakı prosesi: qlobal mədəniyyətlərarası dialoq üçün yeni çağırışların cavablandırılması”, “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr”, “Ekstremizmin qarşısını almaq üçün çoxmədəniyyətli (multikultural) cəmiyyətin formalaşdırılması perspektivlərinin təşviqi” və digər mövzularda seminarlar keçiriləcək.

Tədbirin yekununda “Bakı bəyannaməsi” qəbul olunacaq.

XS
SM
MD
LG