Accessibility links

Azərbaycan Qələbə Gününü qeyd edir


Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd edilir.

İkinci Dünya müharibəsi illərində Azərbaycan xalqı həm cəbhədə döyüşüb, həm də arxa cəbhədə çalışıb.

1941-1945-ci illərdə 640 mindən çox azərbaycanlı cəbhədə döyüşüb. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən döyüş yolu keçib. Azərbaycanda cəbhədə döyüşən 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 30 nəfəri Şərəf ordeni ilə təltif olunub. 170 min Azərbaycan əsgər və zabiti SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilib.

Azərbaycan iqtisadiyyatı cəbhənin təchizatı üçün səfərbər edilib. Yüngül və yeyinti sənayeləri cəbhə üçün işləməyə başlayıb. Qısa müddətdə Bakı döyüşən ordunun ən mühüm silah və sursat istehsalçısına çevrilib. Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilib.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

Azərbaycan neftçiləri cəbhəni və keçmiş SSRİ-ni yanacaqla təmin edib. Akademik Yusif Məmmədəliyev hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yaradıb. 1941-ci ildə neftçilər Azərbaycanın tarixində ən çox, - 23,5 milyon ton neft istehsal edib ki, bu da SSRİ-də istehsal olunan neftin 71,4%-ni təşkil edib. Müharibə illərində Azərbaycan neftçiləri 75 milyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları istehsal edib.
Bakı nefti faşizm üzərində qələbə qazanılmasında əsas amillərdən biri olub. Cəbhədə hərəkət edən hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin dördü Bakı benzini ilə işləyib.

Azərbaycanlılar müharibədə Almaniya tərəfdən də döyüşüb.

Müharibə, Azərbaycan legionunun emblemi
Müharibə, Azərbaycan legionunun emblemi

Belə ki, müstəqil Azərbaycan dövləti yaranması uğrunda Almaniya tərəfdə Azərbaycan legionu döyüşürdü. Müharibə illərində siyasi mühacirlər Azərbaycan Milli Komitəsini yaradıblar, komitə almanlar Qafqazı ələ keçirdikdən sonra Azərbaycana rəhbərlik etməli idi. 1944-cü ildə Azərbaycan legionu Azərbaycan milli-azadlıq ordusunun birləşmiş qərargahına çevrilib.

Azərbaycan legionu 4 polkdan, 30 batalyondan və digər dəstələrdən ibarət olub. Ümumilikdə almanların tərəfində 70 min Azərbaycan əsgəri və zabiti döyüşüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG