Accessibility links

Prezident Əliyev: Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarət gücləndirilməlidir


Prezident İlham Əıiyev
Prezident İlham Əıiyev

Prezident Bakı şəhərinin və qəsəbələrinin sosial-iqtisadi inkişafından danışıb. Yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələri davam etdiriləcək

Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib. Bu barədə prezidentin rəsmi internet saytı məlumat yayıb.

Prezident İlham Əliyev bildirib ki, Bakı dünyanın mərkəzlərindən birinə çevrilib. Onun sözlərinə görə, qısa vaxtda Bakıda mövcud problemlərin həlli istiqamətində əhəmiyyətli nəticələr əldə edilib, böyük infrastruktur layihələri icra olunub.

“Bu layihələr elektrik enerjisi, qazlaşdırma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsini, sosial və ictimai zonaların yaradılmasını əhatə edir”.

Dövlət başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğulayıb.

“Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsi zəruridir”.

Prezident lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların, yol qovşaqlarının salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi ilə bağlı tapşırıqlar verib.

Əliyev Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunub, daha çox paytaxtda park və istirahət məkanlarının yaradılmasının diqqət mərkəzində saxlanmasını qeyd edib.

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını vurğulayan dövlət başçısı 2014-cü ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırıb.

Konfransda Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov Dövlət Proqramı çərçivəsində görülən işlərlə bağlı çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG