Accessibility links

Bakı meri 14 plastik üzlüklü bina olduğunu deyib


Hacıbala Abutalıbov

Hacıbala Abutalıbov

Bakıda çoxmərtəbəli binada baş vermiş yanğın təxribat ola bilər. Bakı meri Hacıbala Abutalıbov belə hesab edir.

O, jurnalistlərlə söhbətində bildirib ki, ölkə prezidenti plastik üzlüklərlə üzlənmiş binalara gözətçilərin qoyulması barədə göstəriş verib. Onun sözlərinə görə, Bakıda belə binaların sayı 14-dür və bu binalardan “nümunə” götürüləcək.

Ekspertizanın nəticələrindən sonra üzlüyün sökülüb-sökülməyəcəyi barədə qərar veriləcək.

H. Abutalıbov jurnalistlərlə və evləri yanan sakinlərlə görüşündə keyfiyyəsiz üzlüklərin istifadəsinə görə kimin məsuliyyət daşıması, meriya da daxil olmaqla, dövlət orqanlarının bu cür uyğun olmayan materiallardan istifadəyə niyə razılıq verməsi ilə bağlı sualları cavablandırmayıb.

O, yalnız bildirib ki, yanğın zamanı həlak olan 15 nəfərdən üçü Lökbatanda, ikisi Masazırda, biri Qubada, biri Sulutəpədə dəfn edilib. Binəqədi meyitxanasında iki cəsəd var. Bir nəfər isə Rəsulzadə qəbiristanlığında dəfn olunacaq.

H. Abutalıbov Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsində evləri yanan sakinləri qəbul edir.

XS
SM
MD
LG