Accessibility links

Almaniyanın birləşməsinin 26 illiyidir

Oktyabrın 4-də Almaniyanın Bakıdakı səfirliyi ölkəsinin milli bayramı – Alman Birliyi Gününün 26 illiyi münasibətilə rəsmi qəbul təşkil edib.

Qəbulda rəsmi şəxslər, deputatlar, diplomatlar, media təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səfir Mixael Kindsqrab tədbirdə çıxış edərək, Alman Birliyi Gününün tarixindən, ölkələr arasında mövcud əlaqələrdən danışıb.

Diplomat gələcəkdə Azərbaycanla ikitərəfli əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.

İki ölkənin iqtisadi sahədə yaxın tərəfdaş olduğunu deyən səfir bildirib: "Azərbaycan MDB -də Almaniyanın Ticarət Palatası olan ikinci ölkədir. Biz iqtisadiyyatın şaxələndirilməsi sahəsində Azərbaycana töhfə verməyə hazırıq. Mövcud ikitərəfli əlaqələri daha da inkişaf etdirmək niyyətindəyik".

Səfir diplomatik fəaliyyəti müddətində əlaqələrin genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan və Almaniya arasında münasibətlərin dinamik şəkildə inkişafının gələcəkdə daha da dərinləşəcəyini deyib.

“Azərbaycanda ciddi iqtisadi islahatlar aparılır. Düşünürəm ki, bu sahədə də alman tərəfdaşlarımızla yaxşı əməkdaşlıq edə bilərik. Bu baxımdan hökumətlərarası komissiyanın yaradılması məsələsini nəzərdən keçirmək olar", o qeyd edib.

M.Məmmədquliyev Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

“ATƏT sədrliyi çərçivəsində Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərib və əminəm ki gələcəkdə də bu istiqamətdə öz töhfəsini verəcək”, nazir müavini deyib.

Show comments

XS
SM
MD
LG