Accessibility links

Bakıda solçular 1 Mayı qeyd edib


Kommunist Partiyası və “Qırmızı” Sol Gənclər Birliyi Zəhmətkeşlər Gününü qeyd edib
Kommunist Partiyası və “Qırmızı” Sol Gənclər Birliyi Zəhmətkeşlər Gününü qeyd edib

Kommunistlər və “Qırmızı” Sol Gənclər Birliyi aksiya keçirib

Azərbaycan Kommunist Partiyası və “Qırmızı” Sol Gənclər Birliyinin təşəbbüsü ilə Bakının Nobel prospektində Beynəlxalq Zəhmətkeşlər Günü ilə əlaqədar aksiya keçirilib. Aksiayda müxtəlif gənclər təşkilatlarının nümayəndələri iştirak edib.

Nümayişçilər “Yaşasın sosializm, rədd olsun faşizm və kapitalizm!”, “Bütün dünya proletarları, birləşin!” şüarları səslənib. Polis aksiyanın gedişatına mane olmayıb.

1920-ci ildə Sovet Rusiyasının Azərbaycan Demokratik Respublikasını işğal etməsindən 1991-ci ilədək Azərbaycan kommunistlər tərəfindən idarə olunub.

1993-cü ildə hakimiyyətə gəlmiş Heydər Əliyev və onun yaxın ətrafı keçmişdə SSRİ Kommunist Partiyasının rəsmiləri olublar.

Hazırda Azərbaycan prezident administrasiyasının rəhbəri vəzifəsində çalışan Ramiz Mehdiyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olub.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG