Accessibility links

Bakıda Türkiyədəki nümayişçilərə dəstək aksiyası [Video]


Taksim Gezi Parkı

Taksim Gezi Parkı

Bu gün axşam Bakıda gənclərin İstanbuldakı etirazlara dəstək aksiyası keçirilib.
Şəhərin mərkəzi ilə yanaşı, Türkiyə səfirliyi qarşısında da keçirilən aksiyada iştirakçılar hakimiyyətin İstanbulda nümayişçilərə qarşı zorakılığını pisləyiblər və Erdoğan hökumətinin istefası tələb ilə şüarlar səsləndiriblər.

Səsləndirilən şüarlar arasında "İstanbul oyaqdır, Bakı ona dayaqdır!", "Hər yer Taksim, hər yer dirəniş!" ifadələri yer alıb.

Aksiyanın təşkilatçıları Azərbaycanda təhsil alan türklər və azərbaycanlı gənclər olub. Aksiyalar insidentsiz başa çatıb.

  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG