Accessibility links

C difuhsil bakteriyasının müalicəsi [Video]


C difuhsil bakteriyasının müalicəsi
please wait

No media source currently available

0:00 0:02:40 0:00

Klostridium difuhsil, həmçinin C. difuhsil ağır bağırsaq infeksiyasına səbəb ola bilər.

Çeril Oriordan: "Mənə elə gəlirdi ki, bağırsağım çıxarılır."

Çerl Oriordanda ağır mədə spazmaları, Qızdırma və sulu ishal simptomları müşahidə edilmişdi, deyə doctor Suart Conson izah edir.

Stuart Conson: "C. diff bakteryası bağırsağın sonuna qədər gedə, çoxala, toksinlər buraxılmasına səbəb ola bilər. Biz buna C diff deyirik."

Xəstəxana və qocalar evində yaşlıların C diff-ə yoluxma ehtimalı yüksəkdir. Ancaq tədqiqatlar göstərir ki, bu getdikcə gənclər, hətta xəstəxanaya düşməmiş sağlam insanlar arasında da yayılır. Antibiotik qəbul etmək isə C diff yoluxma riskini daha da artırır. Ancaq indi heç vaxt antibiottik qəbul etməyən insanlar da buna yoluxur.

Daha ağır, müalicəsi çətin olan C diff infeksiyasına tez-tez rast gəlinir, Bəzi insanlarda symptomları müşahidə edilmədən başqalarına keçə bilir. Bakteriya insandan insana yayıla bilir. Əgər bakteriya kiminsə əlindədirsə, başqası onun toxunduğu yerə toxunsa ordan yoluxa bilər. C diff-ə yoluxanların 30 faizi yenidən yoluxanlardır.

C diff-in bəzi formalarının heç bir simptomu olmur. Dr Dale Qerdinq və digər araşdırmaçılar qərara gəlib ki, həmin bu formalardan birini xəstə sağaldıqdan sonra müəyyən etsinlər və beləliklə yenidən yoluxmanın səviyyəsini azaltsınlar.

Deyl Qerdinq: "Əgər bu forma sənin bağırsağında yarana bilərsə, bu toksin formasını saxlayacaq. Hətta, o bəzi toksinli formaları bədəndən çıxmağa məcbur edəcək."

Alimlər C diff-ə yoluxmuş xəstələrə müxtəlif ölçülərdə bakteriyanın toksik olmayan formasını verirlər. Araşdırmaçılar qruplardan birində yenidən yoluxma səviyyəsini 11 faizə, digər qrupda isə 5 faizə endirə biliblər.

Dr. Deyl Qerdinq: "Bu ilk dəfədir ki, biz xəstəliyə səbəb olan bəzi bakteryalardan xəstəliyin qarşısını almaq üçün istifadə etmişik."

Tədqiqatla geniş şəkildə Amerika Tibbi Assosiyasiyası jurnalında tanış olmaq olar.

XS
SM
MD
LG