Accessibility links

Birinci Avropa Oyunlarının bağlanış mərasimi

Yarışlarda iştirak edən 50 ölkənin idmançıları tribunanın önündən keçib.

Bağlanış mərasimi möhtəşəm şou proqramı ilə yadda qalıb.

Azərbaycan musiqisi, rəqsləri ifa edilib. Qədim memarlıq nümunələri və abidələri ekranda nümayiş etdirilib. Bu ifalarda 500-dən çox rəqqas və müasir texnologiyaların son nailiyyətləri olna yeni səhnə effektləri fonunda iştirak edib.

Səhnədə Atəşgah məbədinin maketi qurulub, Elnur Mikayılov kamançanın, Lamiyə Kərimova ecazkar səsi ilə salonu heyrətləndirib. Bu zaman qum dənəciklərini gözəl rəsmlərə çevirən rəssam müxtəlif əsərlərini çəkməkdə idi.

Beləliklə Avropa Oyunlarının məşəli söndürülüb.

Müxtəlif anlarda musiqi ilə müşayiət olunana atəşfəşanlıqlar Bakı səmasını bəzəyib.
Elektronik rəqs uslatarı və dj Qarnet Emeri mərasim boyu səhnədə olub. “Glean Bandit” musiqi qrupu “Real Love”, “Stronger” siqnallarını və “Rather be” beynəlxalq himnini, soul-pop musiqisinin ifaçılarından olan Con Nyuman “Blame”, “Gold Dust” və “Love Me Again” mahnılarını ifa edib.

Sonda Bakı səmasını müxtəlif rənglərə boyayan möhtəşəm atəşfəşanlıq olub.

Azərbaycan idmançıları yarışlardac ikinci yeri tutub. Komanda 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıb.

XS
SM
MD
LG