Accessibility links

Madrid klubunun Cənubi Qafqaz Forumu: Mükəmməl cəmiyyətin üzləşdiyi problemlər


Madrid klubunun Cənubi Qafqaz Forumu

Madrid klubunun Cənubi Qafqaz Forumu

Forumda 60-dan çox keçmiş və indiki dövlət və hökumət rəhbərləri, tanınmış siyasətçilər, həmçinin 70 dövlətdən və beynəlxalq təşkilatdan 400 ekspert iştirak edir

Bakıda Cənubi Qafqaz Forumu açılıb. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubu tərəfindən təşkil edilib. Tədbirdə 60-dan çox keçmiş və indiki dövlət və hökumət rəhbərləri, tanınmış siyasətçilər, həmçinin 70 dövlətdən və beynəlxalq təşkilatdan 400 ekspert iştirak edir.

Madrid klubunun Cənubi Qafqaz Forumu

Madrid klubunun Cənubi Qafqaz Forumu

Görüş iştirakçıları demokratiya, iqtisadi, sosial və siyasi hüquqlar və digər məsələləri müzakirə edirlər.

Forum iştirakçılarını salamlayan prezident İlham Əliyev Azərbaycanı həm Qərblə, həm də İslam dünyası ilə uğurla əməkdaşlıq edən unikal dövlət adlandırıb.

Azərbaycan Avropa Şurasının, həm də İslam Əməkdaşlıq Təşkilatının üzvüdür.
İ.Əliyev hesab edir ki, Azərbaycan demokratiya yolu ilə gedir, siyasi və iqtisadi islahatlar həyata keçirir. Sonra o, diqqəti erməni təcavüzünə, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi üzrə BMT TŞ-nin qətnamələrinin yerinə yetirilməməsinə yönəldib.

İordaniya kraliçası Nur bildirib ki, Nizaminin yaradıcılığı və ideyaları bu gün də aktualdır. Humanizm, sosial ədalətlilik ideyalarına insan sivilizasiyası tərəfindən tələbat qalmaqdadır. O, diqqəti münaqişələrin aradan qaldırılmasının vacibliyinə yönəldib. Bu, münaqişələrin nəticəsində itkin düşənlərin taleyinə aydınlıq gətirilməsi baxımından çox vacibdir.

Madrid klubunun Cənubi Qafqaz Forumu

Madrid klubunun Cənubi Qafqaz Forumu

Belə ki, Qarabağ münaqişəsi nəticəsində 4600-a yaxın adam itkin düşüb.
Forum işini seksiyalarda davam etdirib. Forumun Bakı hissəsi mayın 8-də başa çatacaq. Sonra iştirakçılar regionlara gedəcəklər.

İştirakçılar arasında Gürcüstan prezidenti Mixail Saakaşvili, İordaniya kraliçası Nur, İordaniya Senatının rəhbəri Tair əl-Məsri, İsrailin keçmiş baş naziri Ehud Barak, Yunanıstanın keçmiş XİN rəhbəri Dora Bakoyannis, iranlı hüquq müdafiəçisi, Nobel mükafatçısı Şirin Ebadi, BMT-nin baş katibinin xüsusi müşaviri Nafis Sadik, Latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberq, Finlandiyanın keçmiş prezidenti Tarya Halonen, YUNESKO-nun keçmiş baş direktoru Federiko Mayor və başqaları var.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi 2012-ci ildə qeyri-kommersiya, qeyri-siyasi təşkilat kimi yaradılıb, Azərbaycan mütəfəkkiri Nizaminin irsini və ümumilikdə Azərbaycan mədəniyyətini təbliğ edir.

Madrid klubu müstəqil, qeyri-kommersiya təşkilatıdır. Demokratiyanın irəliləməsi və beynəlxalq cəmiyyətdə dəyişikliklərin dəstəklənməsi üçün yaradılıb. Dünyanın 56 ölkəsindən 80 keçmiş prezident və baş naziri birləşdirir. Dünya üzrə keçmiş dövlət və hökumət başçılarının iri forumudur.
XS
SM
MD
LG