Accessibility links

Bakıda intihar: gənc oğlan körpüdən özünü atıb


Gənc oğlan intihar edərkən

Gənc oğlan intihar edərkən

İntiharın səbəbi bəlli deyil

Bakı şəhərində şəxsiyyəti hələ müəyyən edilməmiş 18-25 yaşlarında olan gənc oğlan Koroğlu metrosunun yaxınlığındakı körpüdən özünü ataraq intihar edib.

Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə gecə saatlarında baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən intihar cəhdinin qarşısını almaq üçün təhlükəsizlik yastığı quraşdırılıb, alpinist ləvazimatlarının və müvafiq xilasetmə avadanlıqlarının hazırlanması işləri, vətəndaşların təhlükəsiz məsafəyə uzaqlaşdırılması təmin edilib.

Xilasedicilər intihar etmək istəyən şəxslə müvafiq psixoloji söhbətlərin aparılması üçün cəhd etsələr də, vətəndaş heç bir psixoloji bağlantıya girməyib və intihar niyyətini həyata keçirib. O, körpünün qoruyucu dirəklərinə dəyərək təhlükəsizlik yastığının üzərinə düşüb.

İntihar edən şəxs xəstəxanaya çatdırlsa da həyatını xilas etmək mümkün olmayıb. 3 saylı şəhər klinik xəstəxanasından APA agentliyinə bildiriblər ki, hələlik şəxsiyyəti müəyyənləşdirilməyən şəxs vəfat edib.

İntiharın səbəbləri bəlli deyil. Hüquq mühafizə orqanları hələ intiharın səbəbləri barədə məlumat yaymayıb.
XS
SM
MD
LG