Accessibility links

Bakıda iki intihar


Özünə od vurub
Özünə od vurub

Noyabrın 23-də Bakı Metropoliteninin “Azadlıq prospekti” stansiyasının yaxınlığında, 1981-ci il təvəllüdlü Malik Hüseynovun üzərinə neft məhlulu tökərək özünü yandırması və aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi, bundan başqa həmin gün paytaxtın Bakıxanov qəsəbəsində, 1990-cı il təvəllüdlü Ayişə Dadaşovanın yaşadığı evin 19-cu mərtəbəsindən özünü ataraq intihar etməsi faktlarına görə Binəqədi və Sabunçu rayon prokurorluqlarında Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işləri başlanıb. Bu barədə Bakı şəhər Prokurorluğu məlumat yayıb.

Məlumatda deyilir ki, hər iki iş üzrə məhkəmə-tibb ekspertizaları təyin edilib və hadisələrin baş vermə səbəblərinin müəyyən edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

XS
SM
MD
LG