Accessibility links

Bakı və Kiyev Odessa-Brodı layihəsini bərpa etmək istəyirlər


İlham Əliyev və Petro Poroşenko

İlham Əliyev və Petro Poroşenko

Ukrayna prezidenti Petro Poroşenkonun iyulun 14-də Bakı danışıqlarının əsas mözvulardan biri yanacaq-energetika sahəsində əməkdaşlıq məsələsi olub. Ukrayna prezidenti Azərbaycan məhsullarının çatdırılması üçün Ukraynanın tranzit imkanlarından istifadə məsələsini qaldırıb.

Azərbaycan investorlarının Ukrayna və Avropa yanacaq bazarına çıxışı üzrə konkret layihələr müzakirə olunub.

İlham Əliyev və Petro Poroşenko

İlham Əliyev və Petro Poroşenko

“Biz hər vəchlə buna yardım edəcəyik”, Poroşenko Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

İ.Əliyev birgə mətbuat konfransında bildirib ki, Odessa-Brodı layihəsinin reallaşması məsələsi müzakirə edilib.

“Tapşırıq verilib ki, bu layihə bərpa edilsin, çünki Azərbaycan Avropa bazarı üçün böyük həcmdə neft göndərir və Mərkəzi Asiya ölkələrinin enerji resursları üçün tranzit ölkəyə çevrilir. Odur ki, bu layihənin bərpası yaxşı imkanlar yaradır”, Əliyev qeyd edib.

Öz növbəsində Poroşenko deyib ki, Ukrayna və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gücləndirəcəklər.

“Razılıqla qeyd etmək istəyirəm ki, aktual qlobal problemlər və regional gündəlik üzrə Kiev və Bakının baxışları eynidir. Biz öz yanaşmalarımızı koordinasiya etmək, Ukraynanın BMT Təhlükəsizlik Şurasında üzvlüyünü nəzərə almaqla çoxtərəfli formatda qarşılıqlı əməkdaşlığı genişləndirmək barədə razılığa gəldik. Azərbaycan hər zaman Ukraynanı dəstəkləyib və 2016-2017-i illərdə onun sədrliyi dövründə Ukraynanın dəstəyinə ümid edə bilər”, Poroşenko vurğulayıb.

Odessa-Brodı boru kəməri

Odessa-Brodı boru kəməri

Ukrayna başçısı suverenlik və ərazi bütövlüyü məsələsində Ukrayna və Azərbaycanın qarşılıqlı dəstəyinin vacibliyini qeyd edib.

O, Ukrayna dövlətinin suverenliyinin və ərazi bütövlüyünün, müstəqilliyinin dəstəklənməsində aydın mövqe tutduğuna görə İlham Əliyevə təşəkkür edib.

Ukrayna da öz tərəfindən Dağlıq Qarabağ məsələsində status-kvonun saxlanmasının yolverilməz olduğunu bildirib.

Prezident Əliyev qeyd edib ki, Ukrayna və Azərbaycan BMT, ATƏT, Avropa Şurası kimi beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq edir.

Rəsmi səfər çərçivəsində Poroşenko baş nazir Artur Rasizadə ilə görüşüb. Söhbət zamanı energetika, nəqliyyat, kənd təsərrüfatı sahələrində birgə layihələr üzrə əməkdaşlıq müzakirə olunub.

Tərəflər beynəlxalq qəbul edilmiş sərhədlər çərçivəsində Ukrayna və Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün dəstəkləndiyini bir daha bəyan ediblər.

Odessa-Brodı neft kəməri 2001-ci ildə Odessa və Lvov vilayətinin Brodı şəhəri arasında inşa edilib və orada “Dostluq” neft kəməri ilə birləşdirilib. Uzunluğu 667 km., layihə gücü ildə 14,5 mln. ton neftdir.

2005-2010-cu illərdə revers rejimdə bu kəmərlə Qara dənizə Rusiya nefti nəql olunub.

2011-ci ildə Belarusa 1 mln. ton Azərbaycan nefti nəql edilib, lakin sonradan nəql dayandırılıb.

XS
SM
MD
LG