Accessibility links

Bakı meriyası 17 noyabr aksiyasına yer verməyib


Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib

Gənclərin Hüquqlarını Müdafiə Komitəsi aksiya keçirmək üçün BŞİH-ə müraciət edib

Müxalifətçi gənclər etiraz aksiyasını keçirəcəyini bəyan edib

Bakı Şəhər İcra Hakimiyyəti müxalif fəalların noyabrın
17-nə təyin etdiyi aksiya ilə bağlı müraciəti cavablandırıb.
Məlumatı “Media forum” saytına AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı verib.

Aksiyanın saat 15-də paytaxtın Fəvvarələr meydanında parlamentin buraxılması tələbi ilə keçirilməsi nəzərdə tutulur. Bu həftə AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, AXCP fəalı Məmməd İbrahim, ADP Gənclər Təşkilatının sədri Cəmil Hacıyev meriyaya müraciət edərək aksiyaya şərait yaradılmasını istəyiblər.

Noyabrın 15-də Əbülfəz Qurbanlı “Media forum” saytına deyib ki, şəhər rəhbərliyi Fəvvarələr meydanında aksiyanı məqsədəuyğun saymayıb, başqa yer də təklif etməyib.

“Biz aksiyanı təxirə salmayacağıq. Azərbaycanda ağır siyasi, ictimai, iqtisadi, sosial, mənəvi vəziyyət hökm sürür, ölkə problemlər içində boğulur. Bu ağır vəziyyət bizi aksiya keçirməyə səsləyir. Bakı Şəhər İcra Hakimiyyətinin nə deməsi, hansı qərar verməsi bizim üçün önəmli deyil. Mitinq keçirmək bizim hüququmuzdur. Sərbəst toplaşmaq, bir araya gəlib fikrimizi bildirmək haqqımız var. Bu haqqın üzərindən heç kim xətt çəkə bilməz”.

“Facebook” şəbəkəsində 17 noyabr aksiyası ilə bağlı çağırış yayılıb. Çağırışda 15 nəfər təşkilatçının adı qeyd olunub. Onların arasında AXCP sədrinin müavinləri Gözəl Bayramlı, Razi Nurullayev, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, VHP fəalı Samir Əsədli də var.
XS
SM
MD
LG