Accessibility links

Bakıda NATO-Azərbaycan əlaqələri mövzusunda konfrans keçirilib


Bakıda “NATO-Azərbaycan əlaqələri: 2014-cü il NATO Uels Sammitindən sonra əməkdaşlıq perspektivləri” mövzusunda konfrans keçirilib.

APA agentliyinin məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnsan Haqları İnstitutu və NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi qismində çıxış edən Rumıniyanın Azərbaycandakı səfirliyinin təşkil etdiyi tədbirdə İnsan Haqları İnstitutunun direktoru Aytən Mustafayeva çıxış edərək Azərbaycanın Əfqanıstanda NATO ilə birgə ciddi işlərin gördüyünü diqqətə çatdırıb.

Bakıda NATO-Azərbaycan əlaqələri mövzusunda konfrans keçirilib
Bakıda NATO-Azərbaycan əlaqələri mövzusunda konfrans keçirilib

O bildirib ki, əməkdaşlığın digər qolu olan kibercinayətkarlığa qarşı mübarizə sahəsində də aktiv işlər görülür.

Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çiobanu çıxış edərək RumıniyanınAzərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri kimi Azərbaycanı Şimali Atlantika Alyansı üçün vacib və qiymətli tərəfdaş hesab etdiyini deyib.

Onun sözlərinə görə, NATO ilə Azərbaycan arasında əlaqələr güclü şəkildə inkişaf edir və strateji dəyərə malikdir.

“NATO və Avropa İttifaqının üzvü kimi Rumıniya Azərbaycanın Avropa və Avroatlantik institutlarla əməkdaşlığını inkişaf etdirmək istiqamətindəki səylərini aktiv şəkildə dəstəkləməkdə davam edəcək”, o qeyd edib.

NATO baş qәrargahının Siyasi vә tәhlükәsizlik mәsәlәlәri şöbәsinin nümayәndәsi Steffen Elgersma Azәrbaycanın Әfqanıstan әmәliyyatlarına töhfәsinin NATO ilә Azәrbaycan әlaqәlәrinin әsas aspektlәrindәn olduğunu deyib.

Onun sözlərinə görə, enerji tәhlükәsizliyi vә kiber hücumlarının qarşısının alınması NATO-Azәrbaycan әlaqәlәrindә yeni aspektlәrdir.

”Azәrbaycanın NATO әmәliyyatlarında iştirakı vә tranzit ölkә qismindә iştirakı yüksәk qiymәtlәndirilir. Azәrbaycanda bәzi nazirliklәr Әfqanıstanda tәlimlәrdә iştirak edә bilәcәklərini açıqlayıblar. Bu gözәl tәkliflәrdir. Ümid edirәm ki, bu reallaşacaq".

NATO-nun Cənubi Qafqaz üzrə rezident zabiti Vilyam Lahue Gürcüstanda yaradılacaq təlim-qiymətləndirmə mərkəzinin Azərbaycan üçün də yeni əməkdaşlıq imkanları açacağını bildirib.

V.Lahue deyib ki, “Əsaslı dәstәk” paketi çərçivəsində digәr mәsәlә müdafiә institutunun yaradılmasıdır.

“Bunun funksiyası, hansı tәlimlәrin keçirilmәsi müzakirә mövzusudur. Bu Gürcüstan vә Azәrbaycan silahlı qüvvәlәri arasında әmәkdaşlıq perspektivlәri üçün yeni imkanlar yaradacaq. Azәrbaycan oraya tәlimlәrdә iştirak etmәk üçün hәrbçilәr göndәrә bilәcәk”.

Ölkəsinin NATO-nun sonuncu sammitində ev sahibliyi etdiyini deyən Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Sıddıq sammitin əsas nəticələrini sadalayıb.

Onun sözlərinə görə, tərəflər 2016-cı ildə Varşavada keçiriləcək növbəti sammitə kimi qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsinə çalışmalıdır.


Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG