Accessibility links

Vəfa Quluzadə "Keyhan" qəzetinə cavab verdi [Audio]


Vəfa Quluzadə
Vəfa Quluzadə
Azərbaycan Respublikasının sabiq xarici siyasət məsələləri üzrə dövlət müşaviri və Xəzər Araşdırmaları Fondunun rəhbəri Vəfa Quluzadə nüvə böhranı və bir çox başqa beynəlxalq problemlərlə qarşı qarşıya olan İranın gələcəyinin şübhə altında olduğunu deyir. Azərbaycanlı politoloq Amerikanın Səsi ilə müsahibədə özünün də natiq olaraq iştirak etdiyi martın 30-da Bakıda keçirilən Çağdaş Güney Azərbaycanın Sabahı konfransı və bu konfrans üzündən İranın Azərbaycana sərt təpkisi haqda fikirlərini paylaşıb.

Vəfa Quluzadə "Keyhan" qəzetinə cavab verir
please wait

No media source currently available

0:00 0:09:40 0:00

“Çox maraqlı iclas keçirildi. Akademiklər və politoloqlar çıxışlarında İran və İran Azərbaycanı barədə fikirlərini bəyan etdilər,” deyə cənab Quluzadə Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) təşkil etdiyi tədbiri müvəffəqiyətli qiymətləndirib.

İclasda İranın nüvə böhranı ilə bağlı çıxış edən politoloqun sözlərinə görə, tədbirdə müzakirə edilən əsas məsələ, yəni İranda azərbaycanlıların haqlarının təmin edilməməsi və bu haqlar uğrunda aparılan mübarizə mövzusundan əlavə İranın gələcəyi və beynəlxalq siyası məsələlər də müzakirə olunub: “Bir çox ölkə ilə qarşıdurmaya girən İranın gələcəyi şübhə altındadır, və bu şübhə altında olan gələcəkdə 30 milyon azərbaycanlının taleyi nə olacaqdır sualı müzakirə edilməlidir.”

Farsdilli media Vəfa Quluzadənin keçmiş dövlət müşaviri olduğunu vurğulayaraq, onun iştirakı ilə keçirilən konfransın Azərbaycan hökümətinin dəstəyi ilə təşkil edildiyi fikrini irəli sürüb. İranın ali ruhani rəhbərinin Keyhan müəssisəsindəki müavini Hüseyn Şəriətmədari Keyhan qəzetində dərc etdiyi məqalədə Vəfa Quluzadənin adını konfransın təşkilatçılarından biri olaraq qeyd edib.
Bir çox ölkə ilə qarşıdurmaya girən İranın gələcəyi şübhə altındadır, və bu şübhə altında olan gələcəkdə 30 milyon azərbaycanlının taleyi nə olacaqdır sualı müzakirə edilməlidir.
Vəfa Quluzadə

Cənab Quluzadətədbirə təşkilatçı kimi deyil, bir qonaq olaraq qatıldığını deyir: “Mənim dövlətdəki vəzifəm 1999-cu ilin oktyabrında sona çatıb. İndi isə müstəqil bir politoloq və uzman kimi çıxış edirəm. İran mediası, o cümlədən Səhər telviziyası da məni bir uzman kimi dəvət edirlər. Mən bu iclasın təşkilatçısı olsaydım, bunu gizlətməzdim, məmnuniyətlə deyərdim.”

“Bir ölkə demokratiyaya tərəf getmək istəyirsə, siyasi konfransların təşkilinə icazə verməlidir. Adətən, avtoritar rejimlərdə cəmiyyətin iclas keçirməsinin qarşısı alınar,” cənab Quluzadə əlavə edib.

Xəzər Araşdırmaları Fondunun rəhbəri Azərbaycan Respublikasının indiyədək Azərbaycan Türklərinin haqlarını təmin etmədiyi üçün İrana etiraz etməməsi və BMT-nin bəzi qətnamələrində İranın xeyrinə səs verməsinin səbəbini belə izah edib: “Azərbaycan Respublikası İranla sərhədi olduğu üçün, İranı qıcıqlandırmama rəftarı götürüb və bu ölkəyə qarşı xoş niyyətli siyasət aparır. Buna görə də, İrana qarşı qətnamələrdə bu dövlətin əleyhinə səs verməyib.”

Ancaq, politoloqun fikrincə, Azərbaycan Respublikasının xoşməramlı siyasəti İranı razı salmır: “İran Azərbaycandan onun yanında olmasını, İranyönlü siyasət aparmasını və onunla birlikdə Amerika və İsrail kimi ölkələrə qarşı durmasını istəyir. Halbuki, Azərbaycan müstəqil dövlətdir və öz maraqları əsasında hərəkət etməlidir.”
XS
SM
MD
LG